18
İrəvan quberniyası
İrəvan xanı Əli xanın evi.
XVIII əsr.
İrəvan quberniyası.
Çar I Nikolayın fərmanı ilə 1849-cu il iyunun 9-da keçmiş “Erməni vilayəti” və
Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi in­
zibati-ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmiədzin,
Naxçıvan, Novobayazid, Şərur-Dərələyəz və Sürməli qəzalarına bölündü.
Quberniyanın mərkəzi İrəvan şəhəri idi. İrəvan quberniyasının ərazisi 23194,79
kv.verst (1 verst = 1,0668 km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə
quberniyada 1120242 nəfər əhali yaşayırdı. Hər kv.verstə 48,3 nəfər düşürdü.
Quberniya əhalisinin 589125 nəfəri (52 6%) kişi, 531117 nəfəri (47,4%) qadın, 1014868
nəfəri (90,6%) yerli sakinlər, 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi.
Çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə də­
yiş­dirmək siyasətinə baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin
xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il Qafqaz təqviminin məlumatına
görə 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq,
azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi. Ermənilərin sayı isə qeyd olunan
köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı
beş şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə
əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin qalan hissəsi - 967683 nəfər (88,17%) isə
qəzalarda, o cümlədən İrəvanda (154331 nəfər), Naxçıvanda (122208), Sürməlidə
(104791), Şərur-Dərələyəzdə (90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisi­
nin 18,9%-ni (25044 nəfər), qəzaların əhalisinin isə 35,3%-ni (348538 nəfər) təşkil edirdi.
İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Qu­
berniya torpaqlarının 70,1%-i xəzinəyə, 25,6%-i mülkədarlara məxsus idi. Birinci
dün­ya müharibəsi nəticəsində yaranmış şəraitə görə (iş heyvanlarının səfərbərliyə
alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi və i.a.) əkin sahələri üçdə bir qə­
dər azalmışdı.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...116