64
İrəvan şəhəri
İrəvan xalçaları arasında İrəvan şəhərində toxunmuş
xalçaları xüsusi qrup kimi ayırmaq tamamilə məntiqlidir.
İrəvan xanlığının mərkəzi, onun mədəni və siyasi pay­
taxtı İrəvan şəhəri olmuşdur. Bu qədim oğuz-türk yur­
dunun tarixini, mədəniyyətini tədqiq etmək üçün vaxti­
lə bu torpaqlarda olmuş, buranın gözəlliyini, əhalisi­nin
məişətini təsvir etmiş səyyahların qeydləri xüsusilə
əhəmiyyətlidir. Fransız J.B.Taverniye (1655), J.Şarden
(1673), italyan Cemelli (1694), ingilis C.Moriyer (1813),
Ker Perter (1817), Dübua de Monpere (1848), P. Kameron,
M. Vaqner İrəvanın gözəlliyini təsvir et­mişlər. İrəvanın
qədim mədəniyyət mərkəzi olduğunu təsdiqləyən Jan
Şarden qeydlərində İrəvan Sərdarının sarayında 1664-cü
ildə Novruz bayramı günündə tamaşaya baxdığını yaz­
mışdır. Burada mahir ifaçıların olduğunu söyləyən
müəllif səhnələşdirilmiş hərəkətləri Avropanın opera­
sına bənzətmişdir. 1881-ci ildə Pənah Xan Makinskinin
evində “İrəvan xanı Novruz bayramında”, 1882-ci ildə
isə yerli həvəskarların iştirakı ilə “Tamahkarlıq düşmən
qazanır” tamaşası göstərilib. Bütün bunlar burada ya­
şayan azərbaycanlıların yüksək mədəniyyətindən xəbər
verir. Adı qədim mənbələrdə çəkilən bu şəhər orta
əsrlərdə öz məscid və minarələri ilə Qafqazın incisi sa­
yılırdı. İ.Şopen 1832-ci ildə bu şəhərdə 12 məscidin ol­
duğunu bildirmişdir. Həmin məscidlərin arasında ən
gözəli Hacı Hüseynəli Xan tərəfindən inşa olunmuş Göy
məsciddir. Əvəzsiz sənət möcüzəsi sayılan Göy məscidin
bərpasında kitabənin yazılmasında və onun divarları­
nın bəzədilməsində böyük Azərbaycan rəssamı Mirzə
Qədim İrəvaninin əvəzsiz rolu olmuşdur. İrəvanda ilk
məscid Şah İsmayılın əmri ilə 1510-cu ildə tikilmişdir.
Səfəvi Məhəmməd Şah Xudavənd XVI əsrdə o dövr üçün
olduqca möhtəşəm sayılan bir məscidin tikilməsi barədə
göstəriş vermişdir. Şah Abbas məscidi də həmin dövrdə
Pənah xan Makinskinin evi.
1882-ci ildə İrəvan Azərbaycan Teatrı yaradılıb.
İlk teatr truppasının şəkli.
Mirzə Hüseyn Ağa.
İrəvan Milli Şurasının
və “Xeyriyyə” cəmiyyətinin sədri, şərqşünas,
filosof. Dövrünün görkəmli ziyalısı və alimi.
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...116