65
Azərbaycanın bütün şəhərlərində olduğu kimi Şah Ab­
basın şərəfinə ucaldılmışdır. 1655-ci ildə İrəvana gəlmiş
Jan Batul Taverniye İrəvan qalasını təsvir etmiş və onu
“kiçik şəhər” adlandırmışdır. Səyyah təsvirində bürclər,
darvazalar, yer və çay adları göstərmişdir ki, bununla
da ərazinin qədim azərbaycan torpağı olduğunu sübut
etməyə imkan yaranmışdır. Lakin 1679-cu ildə İrəvanda
baş vermiş güclü zəlzələ onun bir çox qədim abidələrini
yerlə-yeksan etmiş, şəhər yenidən salınmışdır.
XVII əsrdə İrəvanın üç iri məhəlləsi olmuşdur. Şəhərdə
Təpəbaşı, Dəmirbulaq, eyni zamanda, səyyahların təsvir
etdiyi kimi şilə (qırmızı) boyayanlar, sabun bişirənlər,
göy rəngli parça boyayanların məhəllələri olmuşdur.
Səyyahlar bu günədək gəlib çatan “şiləçi”, “sabunçu”,
“boyaqçı” adlarını çəkmişlər.
İrəvanın tikililəri haqqında danışarkən kərpicdən və
daşdan zövqlə inşa edilmiş bina, şəbəkəli, tağlı, dörd­
künc karvansaralar, xüsusi ornamentlərlə bəzədilmiş
fəvvarələr, gül-çiçək rəsmləri, parıltısı ilə seçilən güzgülü
salon, Təbriz qapısı, Sərdarın sarayı və qala divarların­
dan bəhs edilir.
Sərdarın sarayını təsvir edən səyyahlar onun tavanı və
divarlarının başdan-başa bər-bəzəyə qərq olmasından,
gül-çiçək, quş rəsmlərindən, kətan parça ilə divarlara ya­
pışdırılmış zərif haşiyəli portretlərdən söhbət açırlar.
İrəvanda toxunan xalçalarda da böyük ölçülü göllər
(medalyonlar) əsas elementlər kimi işlədilmişdir.
Bu xalçalarda “qoşabuynuz”, “S” şəkilli, “çəngəl”,
”məşəl”,”ox” işarəli, beş, altı, səkkizguşəli ulduz, “tac”,
stil­ləşmiş it və digər heyvanların təsvirləri də verilmişdir.
Bu xalçalarda stilləşmiş insan təsvirləri də vardır. İrəvan
xalçalarında 8-dən 11-ə qədər rənglərdən istifadə edil­
mişdir.
Azərbaycan xalçaları / İrəvan QRUPU
Xan bağı. Zəngi çayının sahili.
Kübra xanım Bağırbəyova İrəvanskaya.
Hacıbəy
Bağırbəyovun qızı, Mehdi xan İrəvanskinin həyat yoldaşı.
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...116