62
Dərələyəz mahalı
Dərələyəz mahalı özünün ayrıca xalça üslubu, forma
və rəng çaları ilə seçilirdi. Təsadüfi deyil ki, bu bölgədə
olmuş İ.Şopen Dərələyəz mahalını “Zaqafqaziyanın
İsveçrəsi” adlandırmışdır. Mahal başdan-başa bərəkətli
torpaqlar, meşələr, çəmənliklərlə əhatə olunmuşdur. Ya­
maclarda saysız-hesabsız min bir rəngdə olan çiçəklər
bölgədə inkişaf edən heyvandarlıq, meyvəçilik, xalçaçılı­
ğın inkişafına da təkan vermişdir. Bu baxımdanDərələyəz
mahalını Azərbaycanın xalçaçılıq sənətinin beşiklərindən
biri hesab etmək olar. Burada olan bitkilərin yüksək yağ­
lılıq dərəcəsi onlardan alınan boyaları təravətli və şux
edirdi.
Dərələyəz mahalı Təbrizlə İrəvanı Qarabağa bağlayan
yolun üzərində yerləşirdi. Məhz buna görə də burada
körpülərin, karvansaraların sayı çox idi. Bu mahalda ya­
şayan əhalinin folklorunda Azərbaycan motivləri açıq-
aşkar duyulmaqdadır. Xüsusən, əjdaha ilə bağlı motivlər
çox geniş yayılmışdır. Əjdaha və ilan inancları rəmz kimi,
istər memarlıqda, istərsə də dekorativ-tətbiqi sənətdə
geniş işlənmişdir. Qalaların qalıqları, mağaraların çox­
luğu, mineral bulaqların bolluğu bu bölgənin ecazkar
mənzərəsini tamamlayaraq, təbiət gözəlliklərinin xalça­
lara və xalça məmulatlarına köçürülməsinə rəvac vermiş­
dir.
Dərələyəz mahalının iri yaşayış bölgələrindən biri də
Keşişkənddir. Bu bölgənin Almalı, Bülbülölən, Qabaxlı,
Qara-qaya, Qovuşuq, Ələyəz, Əmağu, Kədikvəng, Gülü­
düzü, Sallı, Hors, Çivə kəndlərində xalçaçılıq geniş yayıl­
mışdır. Soylan bölgəsini də Axta, Zeytə, Kabut, Kotanlı,
Köçbəy, Gomur, İtqıran, Her-her kimi kəndlərdə tarixi
çox qədimlərə gedib çıxan müxtəlif sənət növləri inki­
şaf etmişdir. Dərələyəzdə toxunan xalçalar kompozisiya
quruluşuna görə həm Qarabağ, həm də Qazax xalçaçılıq
məktəblərinə yaxındır. Bu bölgədə toxunmuş xalçalar­
da simvollaşdırılmış ilan, əjdaha təsvirlərinə tez-tez rast
gəlinir. Toxucular, əsasən, qara və qonur qoyun yunun­
dan əyrilən iplərdən istifadə etmişlər.
Dərələyəz mahalında toxunmuş xalçalar yüksək bə­dii
tərtibatı ilə seçilir. Bu mahalın xalçalarında “əjdaha”, “Z”
şəkilli, “damğa”, “stilləşmiş quş”, “çərxi-fələk”, “bulud”,
“qırxbuynuz”, “əlibelində”, ”T” şəkilli, ”sərmə”, “S” şə­
killi, “qoşabuynuz”, “məşəl”, “buta” motivlərinə rast gə­
li­rik. Dərələyəz mahalının xalçalarında rənglər 7-11 ara­
sında dəyişir.
Dədəli körpüsü. XIII əsr.
Dərələyəz mahalı, Keşişkənd.
Şah Abbas karvansarayının giriş qapısında yazı.
XIV əsr. Dərələyəz mahalı, Keşişkənd.
Dərələyəz mahalı, Soylan.
Dərələyəz mahalı, Soylan.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...116