17
ci il 3 mart tarixli sessiyasında 1921-ci il 16 mart və 13 okt-
yabr tarixli müqavilələr təsdiq olundu. Bununla, həmin
müqavilələrin Naxçıvana aidmüddəasının hüquqi cəhətdən
həyata keçirilməsi reallaşdırılmağa başladı. Azərbaycan
SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri
həyata keçirirdi. Bununla belə, Naxçıvanın Azərbaycan SSR
tərkibində muxtar respublika hüququnun qanuni yolla
təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi.
1922-ci ilin dekabrında Azərbaycan SSR, Gürcüstan SSR
və Ermənistan SSR ZSFSR-də birləşdi. Dekabrın 30-da hər
üç respublika ZSFSR tərkibində
SSRİ-yə daxil
oldu.
Bununla
Azərbaycan SSR-in suveren hüquq-
ları məhdudlaşdı­rıl­dı. Buna baxma-
yaraq, Naxçıvanın Azərbaycan SSR
tərkibində muxtariyyətinin təsbit
edilməsi, ləng də olsa, həyata keçi-
rilirdi. 1923-cü il fevralın 27-də III
Ümumnaxçıvan Sovetlər qurultayı
Naxçıvan SSR-in muxtariyyət hü-
quqları əsasında Azərbaycan SSR
tərkibinə daxil edilməsi haqqında
qərar çıxardı və Azərbaycan MİK-ə
müraciət etdi.
Azərbaycan MİK-in üçüncü sessi-
yası Ümumnaxçıvan So­vetlər qurul-
tayının qərarını təsdiq etdi.
Naxçıvan SSR-in muxtar diyar kimi
təşkil olunması Azər­baycan MİK-in
Naxçıvan Muxtar Di­yarı haqqında
Əsasnaməsi ilə hə­yata keçirilirdi.
Bununla Naxçıva­nın əvvəlki siyasi
hüquqları məh­dud­laşdırılırdı. Res-
publikadan təcrid olun­muş şəraitdə
yaşayan Naxçıvan üçün bunu qənaətbəxş hesab etmək ol-
mazdı. Ona görə də 1923-cü ilin so­nunda Naxçıvan Muxtar
Diyarının Muxtar Respublikaya çevrilməsi mə­sələsi irəli sü-
rüldü. Azərbaycan MİK 1923-cü il dekabrın 31-də bu barədə
qərar qəbul etdi. Zaqafqaziya MİK-in 1924-cü il yanvarın
8-də keçirilən birinci plenumu Naxçıvan Muxtar Diyarının
Muxtar Respublikaya çev­rilməsi haqqında qərar qəbul etdi.
Bun­dan sonra yanvarın 18-də Naxçıvan MİK-in plenumu
çağırıldı, yuxarı orqanların göstərilən qərarı təsdiq olundu,
Naxçıvan MSSR hakimiyyət orqanları təşkil edildi
41
.
Azərbaycan MİK-nin 1924-cü il 9 fevral tarixli dekreti ilə
Naxçıvan Mux­tar Diyarının Naxçıvan Muxtar Sovet So-
sialist Respub­likasına çevrilməsi təsbit olundu. Beləliklə,
ermənilərin Nax­çıvanın Azərbaycandan qoparılmasına yö­
nəlmiş düş­mən­çilik fəaliyyətləri boşa çıxdı, Naxçıvanın
Azər­baycanın ayrılmaz tərkib hissəsi olması və onun Azər­
baycan döv­lət­çi­liyindəki yeri öz ədalətli hüquqi qiy­mətini
aldı.
Naxçıvan MSSR-in yaradılması ərəfəsində Azərbaycanın
sonrakı tarixi müqəddəratında misilsiz rol oynayan bir
hadisə baş verdi: 1923-cü il may ayının 10-da dahi dövlət xa-
dimi Heydər Əliyev Naxçıvan şəhərində dünyaya göz açdı.
Heydər Əliyev Azərbaycanın ayrılmaz parçası olan Nax-
çıvan torpağının dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər sıra-
sında xüsusi yer tutur.
Naxçıvan Muxtar Respublikası (1924-cü ildən bizim günlərə­
dək).
Naxçıvan Muxtar Respublikasının tarixi iki dövrə ayrı-
lır: 1. Sovet dövrü (1924—1991-ci illər); 2. Müstəqillik dövrü
(1991-ci ildən yaşadığımız günlərədək).
Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi
Nax­çıvanın tarixi ərazisinin yalnız 5.988 kv. km-ni əha­tə
edirdi. 1929 ‒ 1930-cu illərdə və bundan sonra, Kreml reji­
mi 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına
zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddiala-
rını həyata keçirdi. Nəticədə Muxtar Respublikanın ərazisi
daha da azaldıldı. Hazırda Naxçıvan Muxtar Respublikası-
nın ərazisi 5.5 min kv. km-dir
43
. Bu, Azərbaycan Respubli-
kası ərazisinin 6,2%-nə bərabərdir. Azərbaycan xalqının ulu
öndəri Heydər Əliyev Azərbaycan Respublikası Konstitusi-
ya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasın-
da demişdir: «Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir,
biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti
Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması
üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoru-
yub saxlamalıyıq»
44
.
1926-cı il Ümumittifaq əhali siyahıyaalmasına görə Nax-
çıvan MSSR-in əhalisi 104,9 min, sonuncu, 1989-cu il əhali
si­ya­hıyaalmasına görə isə 295,1 min nəfər olmuşdur.
45
1941—1945-ci illər müharibəsinədək muxtar respublika
əhalisinin sayı 130 min nəfərdən çox olmuşdur. Müharibə
əhalinin artım sürətinəmənfi təsir göstərmişdir. Muxtar Res-
publika əhalisinin artım sürəti 1939-cu ildəki 21,8 mindən
1959-cu ildə 14,7 minə enmişdir. Həmin ildə Azərbaycan
SSR əhalisi içərisində Naxçıvan MSSR əhalisinin payı da ən
aşağı həddə düşərək - 3,82% olmuşdur. 1970-ci ildə əhalinin
sayı 200 minlik həddi keçmişdir. 1989-cu ildə muxtar res-
publika əhalisinin sayı 295,1 min nəfər olmuş, Naxçıvan
əhalisi Azərbaycan SSR əhalisinin 4,19%-ni təşkil etmişdir.
SSRİ-nin dağılması ərəfəsində Naxçıvan MSSR əhalisi 300
mindən çox olmuşdur. Naxçıvan əhalisinin təxminən üçdə
bir hissəsi şəhərlərdə, qalanı isə kənd yerlərində yaşayırdı.
Naxçıvan şəhərindən görünüş.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...84