19
Quba xalçaları zərif və parlaq yunu, yüksək sıxlığı, rəngarəng bədii tərtibatı, ecaz­
kar naxışları, münasib ölçüləri ilə hələ orta əsrlərdən dünya miqyasında söhrət qa­
zanmışlar. Azərbaycan xalçalarının texnoloji və bədii təsnifatından bəhs edən bir çox
təd­qiqatçıların fikrincə Zaqafqaziyada Azərbaycanın Quba xalçaları öz zərif yunu,
incə ipliyi, keyfiyyətli məmulatları ilə daha yüksək qiymətləndirilir.
XIX əsrdə Azərbaycanda xalça istehsalının genişlənməsi ilə əlaqədar yuna olan
tələbat da artmışdır. Bununla əlaqədar Qu­bada əhalinin əksər hissəsi əyiriciliklə
məşğul idi. Burada bütün evlərdə cəhrə olmuşdur. Cəhrə Qubada kəndli qadının sa­
diq yol yoldaşı olmuş, ömrü boyu onu müşayiət etmişdir. Qubada yaşayan əhalinin
ip əyirilməsinə, xalça toxunmasına olan münasibəti qeyri-adi idi. Yerli təsəvvürlərə
görə yunun iy və ya cəhrə ilə əyirilməsi prosesi insanın qədərinin, qismətinin özü
tərəfindən əyirilməsi kimi yozulurdu. Yəni yun əyirmə prosesində qadının qəl­bində
yalnız xoş niyyət, yaxşı arzular olmalıdır. Xalçanın toxunulması prosesi də toxucu­
nun öz ömür dastanını, həyatını düyünlər, toxuma vasitəsilə xalça üzərində həkk
edilməsi kimi də­yər­ləndirilirdi.
Qubada bir qayda olaraq qıza ilk cəhrə hələ 9-10 yaşında, ikinci cəhrə isə həddi-
buluğa çatarkən verilərdi. Beləliklə də cəhrə və hana onların ömrünün acılı-şirinli bü­
tün çağlarının şahidinə çevrilər, ona sirdaş olardı.
Azərbaycanda ilk dəfə olaraq məhz Quba toxucularına bu bölgədə çalışan
İ.M.Qara-Mirzə (Kara-Murza) tərəfindən, 1905-1906-cı illərdə xalça naxışlarını to­
xumaq üçün damalı kağız verilmişdir. Məhz bu çeşnilər əsasında toxunan xalçalar
sonralar Peterburqda (1913) keçirilən sərgidə xüsusi seçilərək uğur qazanmışdır.
1912-ci ildə Quba qəzasında, o cümlədən İmam-Qulu kəndində Quba xalçalarının
keyfiyyətli yundan və təbii boyalardan istifadə edilərək toxunması, həmçinin xalçala­
rın möhtəkirlərin əlinə keçməsinin qarşısının alınması üçün alqı-paylama məntəqəsi
təşkil olunmuşdur. Təşkil edilmiş işin nəticəsi olaraq Quba qrupuna mənsub xalçalar
öz dövründə ixracın əsasını təşkil etmişdir. V.M.Zummerin “Müasir Quba xalçaları”
adlı araşdırmalarından göründüyü kimi, dünyaya yayılan Azərbaycan xalçalarına
XX əsrin əvvəllərində tələbat daha da artmışdır. İtalyanlar xalçala­rımızın tezliklə
evlərdəki rəsm və divar naxışlarını əvəz edəcəklərini ehtimal edir, amerikalılar isə
öz evlərinin standart ölçülərinə uyğun xalçalar sifariş verir, otaqların isidilməsi
və dekor tər­tibatında onlardan geniş istifadə edirdilər. Beləliklə, həndəsi quruluş­
lu, mücərrəd naxışlı xalça­lara olan maraq artır, onlar Avropa məişətinin ayrılmaz
hissəsinə çevrilirlər. Təbii ki, sənətin bu növünün inkişafı ilə yanaşı, köçmə maldar
həyat tərzi keçirən Quba toxucuları öz gündəlik eh­tiyaclarını ödəmək üçün də xalça
sənəti ilə məşğul olurdular.
Azərbaycan xalçaları / QUBA QRUPU
Quba xalçaları məişətdə.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...84