25
mühafizə edən müqəddəs obrazdır. Bu növ kompozi­
siyaya “sumax” və digər xovlu xalçalarda rast gəlmək
olar.
Lakin nəbati naxışlarla bağlı Quba xalçalarının
özəlliklərindən biri də “Uqah” və başqa xalçalarda
toxunan tənək yarpaqları motividir. Tənək yarpaq­
ları bəzən kompozisiyanın tam ara sahəsini bəzəyir,
bəzən isə ara sahəsində paralel cərgə şəklində və ya
“Pirəbədil” xalçasında olduğu tərzdə mərkəzdə tək-
tək toxunur. Hər bir halda bu element Quba xalça qru­
pu­nun təbiətini əks etdirən bəzək nümunəsi olmaq­
la yanaşı, həmçinin də cənnətin simvolu kimi rəmzi
məna daşıyır.
Xalça sənət tarixində böyük konservativ əhəmiyyət
kəsb edir. Tarix boyu mədəniyyətdə, xüsusilə də xal­
çalar üzərində yeni bədii üslubların meydana gəlməsi
və yazıların yer alması vasitəsilə özünü aydın göstərir.
Bu mənada Quba xalçaları üzə­rində əski əlifba, fars
dili, hicri tarixləri kimi müxtəlif kombinasiyalara rast
gəlmək olar.
Quba qrupuna aid olan xalçalarda çox maraqlı kal­
liqrafik yazıların həndəsiləşdirilmiş bəzəklərə keçməsi
də müşahidə edilir. Bu növ xalça üzərindəki yazılara
“Qədim minarə” kompozisiyası yaxşı nümunədir.
Xalçanın bütün daxili səthini tutan uzunsov gölün
haşiyə zolağı boyu ərəb kalliqrafiyası ilə “Allah”
kəlməsi ardıcıl şəkildə toxunub. Eyni yazı tərzində
olan naxışlara Quba qrupu xalçalarının bir çoxunun
haşiyə zolağında istifadə edilmiş “kufi” elementlərini
də daxil etmək olar.
Təsadüfi deyil ki, xalça bəzən yazılı abidə və ya
daş salnamə ad­landırılır. Bu növ toxuma üzərində
ilmələrdə xalqın yaşadığı mü­əyyən sosial hadisələr
və həyat baxışları əks olunur. Bu varlıq anlayışında
əlifba da önəmli yerlərdən birini tutur ki, kodlaşdırıl­
mış şəkildə xalçalarda əbədiləşdirilib.
İslamın gəlişi ilə sənətdə olan böyük dəyişikliklər
danılmazdır. Ornament sənətinin inkişafı ilə yazıların
naxışlar şəklində təs­vir edilməsi ənənəsi xalçalara da
keçmişdir. Sənətdə inkişafın bu mərhələsinin izləri
günümüzədək yaşayır. Qurandan alınmış su­rələr,
dini kəlamların kufi hüsn xətt tərzində xalçalarda
toxunması Quba qrupu üçün artıq klassikləşmişdir.
İslam fəlsəfəsində yaradana doğru gedən əlçatmaz,
sonsuz yol sanki “Qədim minarə” xalçası üzərindəki
“Allah” kəlməsinin və “kufi” haşiyə zolağının forma­
sında da sonsuzluğa işarə kimi rəmzi məna daşıyır.
Haşiyələr arasında xalq deyiminə görə gözdən
qorunmaq, gözə gəlməmək mənasında toxunan ala­
muncuq (“siçandişi”) haşiyə zo­lağı inanclarımız­
dan irəli gələrək öz əsasını qədim dövr dulusçuluq
məmulatlarından almışdır. Bu ənənə yer­li ustaların
yüksək peşəkarlığı və zəngin təcrübəsi nəticəsində to­
xuduqları xalçaların kolorit və naxış rəngarəngliyində
özü­nü yaşadır. Ən qədim dövr­lərdən başlayaraq
xalqımızın dünyagörüşünü, estetik baxışlarını əks
etdirən bu naxışların diapazonu sonsuzdur.
Yumşaq, keyfiyyətli və parlaq yunu ilə xalçaya
zəriflik effekti verən, onu daha yaraşıqlı edən isti rəng
Xalça fraqmenti. Yun. Xovlu. XVII əsr. Quba qrupu. Azərbaycan.
Xalça sərgisi. 1927-ci il. Quba.
Azərbaycan xalçaları / QUBA QRUPU
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...84