24
azacıq sivri tərzdə, boyun və gövdə hissəsi düz
xətlərdən ibarət konturlarla toxunan bu motivin da­
şıdığı məzmun dəyişməzdir. Qubanın “Qaraqaşlı”
xalçaları üzərində toxunan quş təsvirləri müqəddəs
məna kəsb edir. Bir qayda olaraq, quş mistik dün­
yanın simvoludur. O, dünyasını dəyişdikdən son­
ra insanların ruhlarını əbədiyyətə qovuşduran
vasitəçidir. Bu mənada müqəddəs məkanın elçisi­
dir, əbədiyyət rəmzidir. Məhz bu müqəddəs moti­
vin olduğu xalçalar ənənəyə görə kiçik ölçüdə toxu­
nardı, çünki onlardan xalq arasında namazlıq kimi
də istifadə edilirdi.
Eyni məzmun daşıyan quş elementinə “Zeyvə”
xalçalarında toxunan göllərin sonluqlarında rast
gəlmək mümkündür. Ət­rafları pilləli çıxıntılardan
ibarət olan gölə diqqətlə baxdıqda hər bir çıxıntının
özündə quşun baş hissəsinin stilizə edilmiş forma­
sının toxunduğu aydın görünür.
Quba qrupunda toxunan xovlu və xovsuz xal­
çalar üzərində çox vaxt abstrakt şəkildə zoo­
morf elementlərdən də istifadə edilir. Bu, əsasən
“Əjdahalı” xovlu və “Sumax” xovsuz xalçalarında
istifadə edilən abstrakt motivlərdir. “Əjdaha” ele­
menti türk xalqları arasında çox geniş yayılmışdır.
Bir çox xalça kompozisiyalarında ona rast gəlmək
olar. Çox zaman çarpaz şəkildə kəsişən zolaqla­
rın arasında bəzən sivri formalı açıq şəkildə ara
sahənin yerliyində naxışların arasında toxunur.
Yerləşmə yerindən və formasından asılı olmaya­
raq bütün kombinasiyalarda “əjdaha” palmetlərin
ətrafında qoruyucu tərzdə toxunur. Palmet həyatı
təmsil edən çiçəkdir, demək ki, əjdaha da bu həyatı
Xalça fraqmenti. Yun. Xovlu. XVIII əsr. Quba qrupu.
Azərbaycan. Şəxsi kolleksiyadan.
İlmənin vurulması və xovun kəsilməsi. Quba.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...84