24
var­dır. “Bağa” elementləri nadir hallarda Bakı xalçalarında
da təsvir edilir. “Bağa” elementləri uzunömürlülük rəmzi
kimi yo­zulur.
Şirvan xalçalarının ara sahəsində olduğu kimi, haşiyə his­
səsin­də də “quzu”, “qoç”, “maral”, “çəlik” təsvirləri olur.
Qə­­dim dövrlərdə Azər­baycanın əksər evlərində qapının üs­
tün­dən buynuzlu hey­van­ların (qoç, maral, çəlik) başını qu­
rudulmuş şəkildə asırdılar. Xalq arasında bu heyvanların
başı “gözə gəlməmək” və şücaət simvolu kimi yozulur. Be­lə
təsvirlərə keçmişdə məişətdə istifadə edilən qab­ların üzə­rin­
də də təsadüf edilir. Mingəçevirdə və Şirvanşahlar sa­rayının
ətrafında aparılan qazıntılar zamanı aşkar edilən qab­lar buna
misal ola bilər.
Bəzi xalçalarda təsvir edilən “Kuvan” elementi dəvə kar­
va­nı, onun qarşısında təsvir edilən insan fiqurları “Sar­ban”
kimi yozulur. Qədim dövrlərdən bu günə qədər davamlı
su­rətdə xalçalarda və mə­işət əşyaları üzərində təsvir edilən
dəvə elementləri çox diq­qətə­layiqdir.
Məlumdur ki, ovçular ova gedərkən özləri ilə şahin və it
aparırdı­lar. Xalçalarda və digər sənət əsərlərində təsvir edilən
“şahin” şərq xalqları, o cümlədən azərbaycanlılar arasın­
da mü­vəffəqiyyət rəmzi kimi yozulur. XVI əsrin ortalarında
Şa­maxıda olmuş ingilis səyyahı belə bir ov səhnəsini təsvir
edərək yazırdı: “Şamaxı hakimi məni özü ilə şahinlə ova
(quşla ov) dəvət etdi. Bu ovda əyanlar da iştirak edirdi.”
Hə­­min dövrdə Şamaxıda olmuş başqa bir səyyah yazırdı:
“Azərbaycanda hökmdar və əyanlar öz əziz qonaqlarına hə­
diyyə olaraq ov quşları− şahinlər bağışlayır”. Şahin quşu
ilə ov, hətta XIX əsrin ikinci yarısında da geniş yayılmışdır.
Adətən, öyrədilmiş şahin quşu atlı və ya piyada ovçunun
qolunda, yaxud çiynində otur­dulardı. Şahin quşu ov zama­
nı qırqovul, kəklik, turac havaya qal­xarkən onun üstünə şı­
ğıyaraq caynaqlayar və yerə oturdardı. Quşun düşdüyü səm­
ti tez tapmaq üçün onun ayağına zınqırov bağlayırdılar. Şa­
hin quşu yemlənən və ya gözlənən quşun da izinə düşərək
onu uçururdu. Ovçu isə quşu havaya qalxarkən vururdu.
Bu quş ovçular arasında çox yüksək qiymətə satılıb-alınardı.
Azər­baycanda şahin quşu ilə ov artıq XX əsrin əvvəllərindən
etibarən aradan çıxmasına baxmayaraq, bu səhnə sənət əsər­
ləri vasitəsilə nəsildən-nəslə keçə­rək, xalqın yaddaşında ya­
şayır.
Ovçuluq xalçalarında və xovsuz texnika ilə toxunan “şəd­
də”lərdə, stilləşmiş at fiqurlarının təsvirinə tez-tez rast gəlinir.
Şirvanın Ovçuluq xalçalarının yuxarı və aşağı hissələrində
təsvir edilən “xoruz” elementləri də orijinallığı ilə diqqəti cəlb
edir. Qoşa xoruz xeyirlə şərin, gecə ilə gündüzün təması kimi
yozulur; tək xoruz isə səhərin açılması rəmzi hesab olunur.
Xalçalarda təsvir edilən it insanların dostu, köməkçisi kimi
yo­zulur.
Şirvan xalçalarında təsadüf edilən “pərvanə”, “sarı bülbül”
“ça­naq­lı bağa ,“balıq”, “xoruz”, “ördək”, “pişik ayağı”, “tu­
la”, “qu­zu”, “toyuq” və s. stilləşmiş doldurucu təsvirlər də bu
qrup üçün sə­ciyyəvidir.
Şirvan xalçalarının, kompozisiya və ornamentlə yanaşı,
üçün­­cü bədii xüsusiyyəti onun kolorit həllidir. Rəng amili­
nin böyük əhə­miyyətə malik olduğu danılmaz faktdır. Hər
han­sı digər əşya kimi xalçalar da ilk növbədə rəng və işıq
kon­t­rastları sayəsində diqqəti cəlb edir. Şirvan qrupunun
xov­­lu xalçalarında rənglər palitrası bir qədər fərqlidir. Bu
qru­­pa daxil olan “Qabıstan”, “Qəbə­lə”, “Mərəzə”, “Şa­
maxı”, “Ərçiman”, “Hacıqabul”, “Kürdəmir”, “Qə­şəd”,
“Şil­yan”, “Şirəlibəy”, “Salyan”, “Nabur” xalçalarının ko­lo­
rit­inin təhlili göstərir ki, sadalanan bütün bu xalçalarda ara
Xalça. Yun. Xovlu. XIX əsr.
Şirvan qrupu. Azərbaycan.
Xalça fraqmenti. Yun. Xovlu. XIX-cu əsrin sonu.
Şirvan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
Şirvan xalçalarının, kompozisiya
və ornamentlə yanaşı, üçün­cü
bədii xüsusiyyəti onun kolorit
həllidir. Rəng amili­nin böyük
əhə­miyyətə malik olduğu
danılmaz faktdır. Hər hansı digər
əşya kimi xalçalar da ilk növbədə
rəng və işıq kont­rastları sayəsində
diqqəti cəlb edir.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...76