25
Azərbaycan xalçaları / şİRVAN QRUPU
sahə fo­nu tünd-göy rəngdədir. Bəzi xalça növləri, mə­sə­
lən, “Qabıstan” xal­çaları üçün ara sahə fonu, demək olar
ki, mütləq ağ və ya tünd-göy rəngdə olur. “Qabıstan”
xalçalarında ana (əsas) haşiyə qırmızı, ağ, sarı və hətta ara
sahə ilə analoji tünd-göy rənglərdə ola bildiyi hal­da, is­
tər ara sahənin, istərsə də haşiyələrin əsas ornamentləri
və doldurucu elementləri üçün ağ, oxra, qırmızı, göy, ya­
şıl, tünd-göy, mavi rənglərdən istifadə edilir. “Salyan”,
“Na­bur”, “Şilyan”, “Qə­şəd”, “Kürdəmir” xalçalarında ara
sahə fo­nu üçün faktiki ola­raq mütləq tünd- göy rəng se­
çilir. Ara haşiyədə ağ, sarı, qırmızı rəng­lər üstünlük təşkil
edir. İstər ara sahənin, istərsə də ana və bala ha­şiyələrin
or­namentləri və elementləri, onların konturları üçün,
əsa­sən, “Qabıstan” xalçalarında olan rənglərdən istifadə
edilir.
“Şirəlibəy” xalçalarının ara sahə fonu qara, ana haşiyə
fo­nu isə, adətən, sarı seçilir. Ara sahənin ana və bala ha­şi­
yə­­lərinin ele­ment­lərini dolduran ornamental motivlər ağ,
ox­ra, qırmızı, tünd-qır­mı­zı, yaşıl, göy və qara rəngli ola bi­
lər.
“Hacıqabul” xalçalarında ara sahə fonu tünd-göy, ara
ha­şiyə fo­nu ağ, kiçik haşiyə fonu isə sarı rəngdədir. Əsas
or­namentlər və dol­durucu elementlər, eləcə də onların
gəz­mə­ləri ağ, oxra, qırmızı, ya­şıl, umbra, mavi, tünd-göy
rəng­lər­lə işlənmişdir.
“Ərçiman” xalçalarının da ara sahə fonu tünd-göy, ara
ha­­şiyə fonu sarı rəngdə olur. Şirvan xalçalarında ara haşi­
yə­nin ağ fonu ilə uzlaşmada tünd-göy, yaxud qara rəngli
ara sahə fonu və onunla eyni rəngli kiçik haşiyə fonu olur.
Doldurucu elementlərin ornamental motivləri və onların
gəzmələri üçün yuxarıda qeyd edilmiş ağ, oxra, qırmızı,
göy, tünd-yaşıl, qara, bənövşəyi rənglərdən istifadə
olunur.
“Mərəzə” xalçalarının orijinal rəng uzlaşmaları var.
Bu­rada Şir­van xalçaları üçün ənənəvi olan ara haşiyənin
qır­mızı fonu ilə uzlaşmada tünd-göy rəngli ara sahə fonu
ilə ya­naşı, sarı və çox­rəngli (göy, qırmızı, mavi) ara sahə
fonlu nümunələrə də rast gə­lirik.
“Şamaxı” və “Qəbələ” xalçaları daha geniş kolorit dia­
pa­zonunda işlənmişdir. “Şamaxı” xalçalarında ara sahə
fonu ənənəvi tünd göy rənglə yanaşı qırmızı, yaxud mavi
rəngdə də ola bilər. Ara sahə ilə ara haşiyə fonlarının
uzlaşmaları kontrastlı olur; misal üçün, tünd göy-ağ,
qırmızı-sarı və ya fil sümüyü rənglərində, yaxud da yum­
şaq; məsələn, tünd göy-göy, mavi-ağ isə i.a ornamentlərin
fo­nunda, onların gəz­mələrinin, eləcə də xırda elementlərin
fonlarında və gəz­mə­lərində hər hansı bir rəngə üstünlük
verilmir və burada ən müxtəlif rənglərə (lakin ciddi
qanunauyğunluqla) rast gəlmək olar. Ornamentlərin və
elementlərin fonları par­laq olduqca, onların gəzmələrinin
rəngləri, sanki, fonun par­laq­lığını azaldır və əksinə, fon
tutqun rənglə işlənmişsə, hə­min rənglər onu canlandırır.
“Qəbələ” xalçalarında da ara sahə fonu tünd-göylə
yanaşı sarı, qırmızı, hətta qara rəngli ola bilər. Ara sahə
fonunun ara haşiyə fo­nu ilə uzlaşma prinsipləri “Şamaxı”
xalçalarında müşahidə olu­nanlarla eynidir.
Ara sahə və ara haşiyə fonlarının rəngləri ilə əsas orna­
mental motivlərin və doldurucu elementlərin fonları
və gəz­mələri rəng­lə­rinin nisbəti də analoji prinsip üzrə
qurulur.
Şirvan xalçalarının rəng xüsusiyyətlərini ümumiləşdi­
rə­­rək aşa­ğıdakı nəticələrə gəlmək olar: həmin xalçaların
ək­sə­riyyətinin ara sahə fonu tünd-göy rənglidir. Hərçənd
Xalça fraqmenti. Yun. Xovlu. XIX əsr. Şirvan qrupu.
Azərbaycan.
ki, bun­lardan ara sahə fo­nu ağ, mavi, qırmızı, sarı, qara və
hət­ta (çox az hallarda) başqa rəng­lərdə olanlarına da rast
gə­linir. Əsas ara haşiyə fonunda sarı, ağ və qırmızı rənglərə
üs­tünlük verilir. Tünd-göy, göy, mavi, oxra və s. rənglərə
nisbətən az təsadüf edilir. Ara sahə fonu üçün tünd-göy
rəng­dən istifadə edildikdə ara haşiyə fonu çox zaman sa­rı,
yaxud, qırmızı rəngdə olur. Bütün qalan rənglərin ara sa­
hə fonunun tünd-göy rəngi ilə uzlaşdırılmasına çox az rast
gəlinir. Burada bütövlükdə kontrastlı rəng uzlaşmaları üs­
tünlük təşkil edir.
Şirvan xalçalarında ara sahə və ara haşiyə fonlarının ey­
niliyi də (az-az hallarda olsa belə) müşahidə edilir. Ara
sa­hə fonunun onun üzərində əsas motivlərin fonu ilə uz­
laş­dırılmasında da kontrastlıq saxlanılır. Tünd-göy fon­da
həmin motivlər çox zaman sarı, ağ və yaxud qırmızı rəng­
li olur. Mavi, göy, yaşıl rənglər nisbətən az işlədilir. Qa­
lan rənglərə, ümumiyyətlə, az təsadüf edilir. Ara sa­hə ele­
mentlərinin rəngi, əsasən, ağ olur. Gəzmələrdə isə qara və
qır­mızı rənglərə üstünlük verilir. Ara haşiyənin elementləri
çox zaman qırmızı rəngdədir, lakin bunların oxra, mavi, ağ
və tünd-göy rəngdə olması hallarına da tez-tez rast gəlinir.
Digər rəng­lər­dən burada çox az istifadə edilir. Şirvan xal­
çalarının kiçik haşiyə, mə­daxil və zəncirə elementlərində ən
geniş rəng çalarından isti­fadə olunmuşdur.
Beləliklə, Şirvan qrupunun hər bir kon­
kret xalçasında rəng ahəngdarlığı yara­
dıl­ması özü­nəməxsus şəkildə həll olunur.
Bu hal digər is­tehsal mərkəzləri və onların
mən­təqələrinin ək­sər xalçalarında da özü­
nü göstərir.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...76