17
Şirvanın füsunkar təbiəti, təmiz ab-havası, güllü-çiçəkli çə­
mən­lik­ləri burada qədim zamanlardan heyvandarlığın in­
ki­şafı üçün əl­ve­rişli imkanlar yaratmışdır. Heyvandarlıqla
məş­ğul olan əhalinin əsas məşğuliyyət sahələrindən biri qo­
yun­­çuluq olmuşdur ki, bu da xalçaçılığın inkişafı üçün əlve­
riş­li zəmin yaratmışdır. Şirvanda müx­təlif qoyun cinsləri ye­
tişdirilmişdir. Yerli qoyun cinsləri ilə kifa­yətlənməyən əhali,
digər bölgələrdən buraya döllük qoyun cins­lə­ri gətirir və xal­
ça­çılıq üçün yararlı xammal verən qoyunların artı­rıl­masına
çox diqqət yetirirdi. Burada qoyun cinslərinin hər birinin yu­
nu istehsal məziyyətlərinə görə bir-birindən fərqlənirdi. Şir­
van Azər­baycan xalçaçılığının əsas mərkəzlərindən biri ol­du­
ğundan burada ağ qoyun cinslərinin artırılmasına daha çox
əhəmiyyət verilirdi. Çünki boyaqçılıq sənətində ağ yun hər cür
boyağı yaxşı götürdüyündən o, daha sərfəli sayılırdı. Şirvanın
təmiz və sərin dağ havasında, alp çə­mən­liklərində bəslənmiş
qoyunların “dağ yunu” aran qoyunlarının yununa nisbətən to­
xuculuq sənətində yüksək qiymətləndirilirdi. Qo­yunçuluğun
geniş inkişafı bu bölgədə qoyun yunundan ibarət xam­malın
bolluğuna səbəb olmuşdur. Bu da qırxım zamanı yun çeşid­lə­
rin­dən istənilən qədər yararlı yun lifi əldə etməyə imkan verir­
di. Qo­yun güzəmi əriş ipinə daha çox yaradığından arğac və
ilmə üçün qıyılmırdı. Qoyunun bel (kürək) hissəsindən qırxılan
uzun yundan il­mə və arğac ipin hazırlanması daha sərfəli idi.
Şirvanın ucsuz-bu­caqsız çəmənlikləri (Pirqulu, İsmayıllı, Ta­lış,
Cəngi, Xaltan, Alpoud), meşələri, xalq arasında “toxmacar”
ad­lanan tut bağları boyaqçılıq üçün ənənəvi xammal ehtiyatı
ya­ratmışdır.
Şirvan toxucuları boyaq bitkilərindən bö­
yük mə­harətlə rəng məhlulu hazırlayıb yun
ipin, pambıq, kağız və müxtəlif əşyaların bo­
yan­masında istifadə etmişlər.
Xalça fraqmenti. Yun. Xovlu. 1850-ci il. Şirvan qrupu.
Azərbaycan. Şəxsi kolleksiyadan.
Yunun əyrilməsi üçün hazırlıq. Çalov.
Xurcunüzü. Zili. Yun. Xovsuz.
XIX əsr. Şirvan qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / şİRVAN QRUPU
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...76