73
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Gənc kimi göyçəkliyin məni
həvəsləndirdi.
Qulaqlarından asılan
sırğalar məni valeh edir.
Mənim qədər bürüncə,
qızıla bürüdün ki, sifətim
gülə bükülmüş, qıpqırmızı
olmuşdur.
Bu qədər tərifləməyim
yetər, sənə tərif
bağışlayıram. Sənin
üzündə olan şadlığını
özümdə də görürəm.
Mənim üçün baldan
süd hazırlamısan. Sənin
bu əməlində günah
görmədim.
Sənin bu böyük eşqin
önündə bilmirəm niyə kön-
lüm bağlandı sənə, bilmirəm
nə xəta etmişəm.
Məni yerə vurdun,
atdın və yerdə qoydun;
amma özün lap göylərdə
əyləşdin.
Mən deyə bilmərəm
ki, səndən üstünəm,
yüksəyəm, danışığım
da səndən lətafətlidir,
yaxşıdır.
Axı mən sənin qonağın kimi
burdayam, nə səbəbə bizim
eşqimiz alınmadı.
Gərək bu cür olmayaydı,
ikimiz bir yerdə
yaşayaydıq!...
Şirin Xosrova dedi: “səni
həmişə dövlətli və varlı
olasan.”
Fələk həmişə sənin
köməyin olsun, bu
dünyada sən həmişə şah
və şir kimi yaşayasan.
Bu cür hay-harayla
ayrılmayaq bir-birimizdən.
Bizə yaxşı gözlə baxasan və
bizim yaxşılığımızı istəyəsən.
Başqa gözlə bizə baxmayasan.
Mən gözləyərəm ki, hər şey
səndən gələ, istəyirəm ki, bir
gün tufan olub göyə qalxan-
da oradan baxanda məni
görəsən.
Sən elə əvvəldən şahlığa
layiqsən. Ona görə də taxta
oturdun və şah oldun.
Ana haşiyənin boşluqlarında gül-çiçək və yarpaqlarla bəzədilmiş ağac təsvirləri
vardır. Xalçanın ana haşiyəsini əhatə edən kənar bala haşiyə, içərisində nəbati
elementlər işlənmiş qəhvəyi yerlikli ensiz haşiyə ilə əhatə olunub. Xalçada ondan
çox rəngdən istifadə olunmuşdur.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Xalça təbii boyalarla boyanmış iplərdən toxunmuşdur. Xalçanın əriş və arğacı
pambıqdan, xovu isə yundandır. Yaxşı vəziyyətdə qalmışdır. Şirazə-dolama texnikası
ilə toxunmuşdur. Xalçanın dəhnəsi sünbülü, saçağı 4 sm, sıxlığı 70x80-dir.
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84