64
Xalçanın açıq-qəhvəyi yerlikli ara sahəsi boyu Nadir şahın (1688 – 1747) ayaqüstü portreti təsvir olunub.
Nadir şahın portreti mənzərə fonunda, cənnət bağında, güllü-çiçəkli ağaclar arasında verilmişdir. Yazın gəlişi ilə açan gül-
çiçək, nəğmə oxuyan quşlar əsas mövzunu əhatə edir. Xalçada təsvir edilən ağaclar Təbriz miniatür sənətindən süzülüb
gələn rəsmlərdir.
Ara sahənin sol hissəsində Nadir şahın taxtının yarımçıq görünüşü vardır. Nadir şah sağ əli ilə taxtdan yapışmış, sol əli ilə
isə daş-qaşla bəzədilmiş, şərq üslubunda işlənmiş qılınc tutduğu görünür. Şahın libasının ətəyində “küsülü buta”lar təsvir
edilib. Libasın yuxarı hissəsində Nadir şahın orden və nişanları vardır. Nadir şahın sıx saqqalı, dartılmış qaşları və mənalı
baxışları çox aydın nəzərə çarpır. Şahın qotazlı tacı daş-qaşla və buta motivləri ilə bəzədilmişdir. Şahın libasının ümumi
görünüşü kökü Şah İsmayıl Xətaidən gələn qızılbaşların geyim tərzini xatırladır. Ara sahənin yuxarı hissəsindəki sağ və sol
künclərdə iki kişi portreti təsvir edilib.
Tünd-qırmızı yerlikli ara haşiyədə uzunsov formalı on iki kətəbə yerləşdirilmişdir. Kətəbələrin yerliyi ara sahənin yerliyi
ilə eyni olub, xalçanın ümumi görünüşünü daha baxımlı edir. Kətəbələrdə süls və sünbülü adlanan xətlə Nadir Şaha həsr
olunmuş şeirdən parçalar verilmişdir. Fars dilində yazılmış bu şeir parçaları, çox ehtimal ki, Nadir Şaha həsr olunmuş
qəsidə-mədhiyyənin bir hissəsidir. Ümumiyyətlə, Nadir Şaha həsr olunmuş ədəbi əsərlərdən əlavə, onun şahlıq illərini əks
etdirən tarixi əsərlər də nəsrlə yazılmalarına baxmayaraq, bu cür şeir parçaları ilə zəngindir.
Qəsidə ana haşiyənin aşağısında, soldan başlamaqla saat əqrəbi istiqamətində yazılmışdır. Şeirlərin sətri tərcüməsi belədir:
Şahın başı üzərində
ərəb əlifbası ilə
“Nadir Şah” sözü yazılıb.
Aşağı ana haşiyədə soldan
birinci kətəbə: “Sanki döv-
ranın gözü hələ də təəccüb
içindədir.”
Sol ana haşiyədə aşağı-
dan-yuxarı ikinci kətəbə:
“Düşmənin gününü qaranlıq
gecəyə döndərdi.”
Sol ana haşiyədə aşa-
ğıdan-yuxarı birinci
kətəbə: “Taleyin qılın-
cının altından çıxmaq
olmasa.”
Aşağı ana haşiyədə sol-
dan ikinci kətəbə: “Onun
iti qılıncının gördüyü
əməllərdən.”
Sol ana haşiyədə aşağıdan-
yuxarı üçüncü kətəbə: “Dö-
yüş vaxtı düşmənin başını
bədənindən ayıracaqsan.”
Sol ana haşiyədə aşağı-
dan-yuxarı dördüncü
kətəbə: “Allahın əli
ilə yəni Həzrət Əlinin
şəmsiri –ikibaşlı
xəncəri ilə”
Yuxarıda ana haşiyədə
soldan birinci kətəbə:
“Tale nəqqaşı – rəssamı
həyatın nəqşini – rəsmini
dövranın pərdəsi
üzərində yaratmış”
Yuxarıda ana haşiyədə
soldan ikinci kətəbə:
“O rəsmlərin içərisində
minlərlə gizli mənalar
verilmişdir.”
1...,56,57,58,59,60,61,62,63,64,65 67,68,69,70,71,72,73,74,75,76,...84