104
Muzeydə e.ə. III–II minilliklər, antik
dövr və orta əsrlərə aid məişətdə istifadə
olunan qablar, daş bütlər, zinət əşyaları,
mis tana, şüşə muncuqlar, Azərbaycan
xanlıqlarına məxsus sikkələrin qorundu-
ğu arxeoloji qalereya da yaradılıb.
Abşeron ərazisindən tapılan və muzeydə
qorunan qədim insanların əl qabiliyyətini,
dünyagörüşünü, zövqünü əks etdirən
qayaüstü abidələr də e.ə. III–II minilliyə
aid edilir. Bu abidələrin üzərində ov
səhnələri, insanın qurban verilməsi, nikah
mərasimi və s. əks olunub. Bəzi qayaüstü
abidələrdə isə qadın - ilahə təsvirinə geniş
yer verilib. İlahə, əsasən, ayaq üstə, əlləri
göyə uzadılmış vəziyyətdədir.
Türkan qəsəbəsindən tapılan, üzərində
günəş təsviri olan digər bir daşın üzərində
isə 28-29 kiçik çökəklər oyulub. Bu daşın
təqvim kimi istifadə olunduğu güman
edilir. Digər bir fərziyyəyə görə böyük qa-
yanın bir parçası olan bu daş oyun masası
kimi istifadə olunub. Çünki belə çökəkli
daşlar Misir fironlarının da qəbirlərində
aşkar edilib. Misirlilər bu daşları oyun
masası kimi istifadə edirlərmiş.
Misir
fironlarının adəti
1...,96,97,98,99,100,101,102,103,104,105 107,108,109,110,111,112,113,114,115,116,...200