94
“Xalçanın dili
ornamentdir”
Teymurləng Ərdəbilə gələndə altına “ziddi- insan” elementləri
ilə dolu olan sarı xalça atıblar, qabağına da südlü plov qoyublar.
O, məsələni başa düşüb və şəhərdən xərac almayıb gedib...
Məmmədhüseyn
HÜSEYNOV:
Bir türk dastanında deyilir: “Bir gün sultanbazarı gəzə-gəzə xalı, kilimsatılan
dükana yetişir. Gözü bir xalçaya dəyir. Satıcıdan onu kimin toxuduğunu və
toxuyanın harada yaşadığını soruşur. Dükan sahibi bu xalçanı gənc bir qızın
toxuduğunu və sultanı onun evinə apara biləcəyini söyləyir. Gəlib çıxırlar
həmin evə. Sultan xalçanı toxuyan qızın valideynlərindən soruşur: “Niyə
qızınızı sevdiyindən ayırdınız? Necə qıydınız ona?”
Valideynlər çox təəccüblə sultandan soruşurlar: “Bu, ailə sirri idi, onu
sizə kim söylədi? Axı bizdən və qızdan başqa kimsə bunu bilmir...”. Sultan
deyir: “Qızınız toxuyan xalçadan öyrəndim. Bu xalçanın hər ilməsi, hər
naxışı ayrı düşən sevginin nisgilini söyləyir, fəryad edir”.
Həqiqətən, xalça onu toxuyanın minbir arzularını, əzablarını özündə
cəm edir, əsrlərlə özündə saxladığı gizli mətləbləri tarixin o tayından bizə
çatdırır. Bu mənada zəngin ənənələrə malik Azərbaycan xalça sənətində
ornamentli xalçaların xüsusi yeri var. Ornament ritmik elementlərdən
ibarət naxışdır. Bu gözəlliklərin gəlib bizə çatmasında keçmişlərdən
xalça toxuyanların, sonralar isə xalçaçı-rəssamların rolu əvəzsizdir.
Ümumiyyətlə, ornamentin ilk rüşeymlərinə Paleolit dövrünün abi-
dələrində təsadüf olunur. Müxtəlif ornamentlərlə bəzədilən xovlu
və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış
evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifa-
də edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir.
Azərbaycan xalça sənətinin elm kimi öyrənilməsində xalçaçı-
rəssamlarımızınvəxalçaşünaslarımızınböyükəməyi var.Onlardan
biri də xalçaçı-rəssam, dosent Məmmədhüseyn Hüseynovdur.
Mətn: Aysel ƏSGƏROVA
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...200