109
Qala Dövlət tarix–etnoqrafiya qoruğunun nəzdində yerləşən digər kompleks isə Qala abidə kompleksidir.
Kompleksə daxil olan X–XIV əsrə aid Qala qəsri isə qüllədən və istehkamdan ibarətdir. Vaxtilə müşahidə və
mühafizə məqsədilə istifadə olunmuş X–XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. Diqqəti cəlb edən
və böyük marağa səbəb olan Qala Əntiq Əşyalar muzeyi yenicə turistlərin ixtiyarına verilib. Muzey Şahid
Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılıb. Uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda
üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş
etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbəsindəAzərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif
dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbəsində isə respublikamızın müxtəlif bölgələrindən toplanmış,
ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İran, Türkiyə və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan
xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.
Muzeydə, eyni zamanda, mis məişət əşyaları da nümayiş olunur. Ekspozisiyanı tutumu
yarım litrdən 90 litrə qədər olan 156 samovar zənginləşdirir. Ekspozisiyada qədim kişi,
qadın kəmərləri, sinəbənd və bilərziklər, silahlar, o cümlədən təbərzinlər, xəncərlər
yer alıb. Muzeyin diqqəti cəlb edən eksponatlarından olan fayton lüdviq Nobelin
maşınqayırma zavodunda yığılmış və bu günədək Şəki şəhərində qorunub
saxlanıb. Burada, həmçinin Şəki və Şirvan xanlıqları dövrünə aid pullar nümayiş
etdirilir.
Muzeydə müxtəlif məişət əşyaları – ütü, maşa, masaüstü lampalar və tərəzilər
də görmək olar. Ekspozisiyaya daxil olan ən qədim sini XVI əsrə aiddir.
Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər
bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim
əşyalar məhz bu emalatxanada bərpa edilir.
Burada turistlər üçün karvansara – restoran da fəaliyyət göstərir. 156
hektarlıq ərazini gəzib yorulan turistlər restorandaAzərbaycanmətbəxinin
ləziz nemətlərinin dadına baxa bilərlər.
Ətrafda olan qaya parçalarından o qədər də fərqlənməyən bir qaya
parçasına – qavaldaşa rast gəlirik. Kiçik daş parçasına bir toxunuş bəs etdi
ki, səsi ətrafa yayılsın. İnsana qəribə hisslər bəxş edən bu daşın sədası bir
dəqiqəyə qədər davam etdi... Bu daşın sədaları altında muzey gəzintimizə
son qoyuruq. Hələlik son qoyuruq... Çünki bu sehrli məkan, sehrli tarix
bizi Qalaya hələ çox gətirəcək...
Qala abidə kompleksi
1...,101,102,103,104,105,106,107,108,109,110 112,113,114,115,116,117,118,119,120,121,...200