106
Qalada evlərin həyətyanı sahələri kiçik olduğundan əsasən çox az sayda tut
və ya püstə ağacı əkilirdi. Həyətlərdə su quyusundan əlavə duz saxlamaq üçün
quyu və taxıl yığılan zirzəmilər də olurdu. Su quyudan gön-dol ilə çıxarılırdı.
O vaxtlar Qalaya bir az kənardan - Xaşaxuna adlanan yerdən kəhriz quyuları
vasitəsilə şirin su çəkilmişdi. Bunun üçün 17 quyunun suyu bir yerə cəm edilərmiş.
Təxminən hər 50 m-dən bir qazılan bu quyulardan su saxsı borularla ötürülərmiş.
Boruların torpaqda qalan hissəsinin ətrafı böyük daşlarla hörülürdü və saxsı
boruları sınmaqdan qoruyurdu. Suyun yaxşı axıb gələ bilməsi üçün quyular
maili istiqamətdə qazılırdı. Əhali suyu quyulardan çıxararaq istifadə edirdi. Artıq
qalan su isə quyularla axaraq, Tərəkəmə məhəlləsində Bayraməli adı ilə tanınan
hamamın yaxınlığında düzəldilmiş böyük hovuza, qalan hissəsi isə boş yerə –
nohura yığılırmış. Əhali hovuzun suyundan paltar yumaq üçün istifadə edirmiş.
O ki qaldı Tərəkəmə məhəlləsindəki hamamın Bayraməli adlanmasına, bunun
da öz tarixçəsi var. 1881-ci ildə bu hamamı Bayraməli adlı bir şəxs təmir etdirib.
Bu, hamamın üzərindəki epiqrafik yazıda da öz əksini tapıb. Ona görə də hamam
onun şərəfinə “Bayraməli” adlandırılıb.
Suyu sərindir
1...,98,99,100,101,102,103,104,105,106,107 109,110,111,112,113,114,115,116,117,118,...200