96
Məmmədhüseyn Hüseynov Ə. Əzimzadə adına Dövlət
Rəssamlıq Texnikumunu, sonra isə indiki Ə. Hüseynzadə
adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii-
xalça fakültəsini bitirib. Öncə “Azər-xalça” Elmi İstehsalat
Birliyində, sonra isə Xalça Muzeyində çalışıb. Hazırda
Dövlət Rəssamlıq Akademiyasında dekorativ-tətbiqi sənət
kafedrasında bədii xalça şöbəsində dərs deyir.
Dosye:
–Açığı,mənportret janrınaüstünlükverməyən rəssamlardanam. Portret
janrı xalçaçı-rəssamı onun maddi tərəfinin təsiri altına salır. Əslində,
xalça ornamentin üstündə formalaşmalıdır. Düzdür, süjetli xalçalarımız
da var. Məsələn, “Dərviş” kompozisiyalı, ovçuluq və döyüş motivli,
miniatür janrda xalçalarımız var. Amma xalçanın dili ornamentdir.
Çünki mədəniyyətin, tarixin, təfəkkürün, yaşantının kodlaşmış ünsürləri
ornamentdə toplanıb. Ona görə də, sevdiyim janr, daha doğrusu, dəst-
xət ornamentdir. Həndəsi, nəbati, süjetli omor, antropomorf xalçalar var.
Əsasən, iki işləmə texnikası var: biri həndəsidir, o biri nəbati. Düzdür,
nəbatini də çox sevirəm, amma yaradıcılığımda həndəsi xalçalara
üstünlük verirəm.
– Daha çox hansı üslübda işləyirsiniz? Klassika, yoxsa modern?
– Mən klassikaya çox bağlıyam. Amma həmişə klassikada qalmaq
da olmaz. Bu sənətin inkişafı üçün müasir münasibət, müasir naxış
yaradıcılığı mütləqdir. Məsələn, bəzi hallarda deyirlər ki, ornament
kodlaşıb. Kodlaşma hər bir mərhələdə ornamentə müəyyən elementin
yüklənməsidir. İndi o elementlər müasir dildə rəssamlar tərəfindən
işlənir. Mən də müasir stilizə, müasir dekorativlikdən istifadə edirəm.
Bunlar hamısı xalça sənətinin klassikası üstündə formalaşır və tətbiq
olunur. Ona görə istəsək də, istəməsək də, biz bundan ayrıla bilmərik.
Müasir stilizədən geniş istifadə etmək lazımdır.
– Sirr deyil ki, xalçaçılığın təbliği baxımından sərgilərin rolu
əvəzsizdir. Xaricdə sərgiləriniz olubmu?
1...,88,89,90,91,92,93,94,95,96,97 99,100,101,102,103,104,105,106,107,108,...200