102
O vaxtlar Qala kəndi Abşeronun digər kəndlərindən
məişətinə, inkişafına görə xeyli fərqlənirdi. Karvan
yollarının bu ərazidən keçməsi onun inkişafına çox
böyük təsir göstərmişdir. Bu inkişaf da təbii ki, burada
yaşayanların həyat tərzində, məişətində öz əksini tapırdı.
Muzeyin yerləşdiyi ərazi Balaverdi məhəlləsi adlanır.
Muzeyə ekskursiyamız buradakı qədim qalalıların
yaşadığı evlərdən başlayır. Yerli camaatın “dublalı evlər”
adlandırdığı bu yaşayış evləri, əsasən, birmərtəbəli
inşa edilirdi. Tarixi e.ə. III–II minilliklərə gedib çıxan
bu evlərin damında cüt günbəzlər olduğundan onları
“dublalı” adlandırırlar. Bu evlərin həyətyanı ərazisi
elə də böyük olmadığından otaqlar çox balaca, iç-
içə və yığcam tikilirdi. Otaqların sayı ailənin maddi
vəziyyətindən asılı idi. Kasıb ailələrdə otaqların sayı bir,
iki, nisbətən imkanlı ailələrdə isə üç, dörd və daha artıq
olurdu. Belə evlər, əsasən, gil və əhəng daşından tikilirdi.
Evin mətbəx hissəsində yerləşən günbəzlər vasitəsilə
təndirdən, ocaqdan qalxan tüstü birbaşa bayıra çıxardı.
Günbəzlər həm də evin işıqlandırılmasında mühüm
rol oynayırdı. Belə “dublalı” evlər indi də Qala və ətraf
kəndlərdə qalmaqdadır.
İkimərtəbəli evlər isə Qalada XIX əsrin sonu – XX əsrin
əvvəllərindən tikilməyə başlanıb. Muzeyin istənilən
hissəsindən gözə dəyən, varlı ailəyə məxsus ikimərtəbəli
bir evə baş çəkirik. Bu evin birinci mərtəbəsi 1810-cu
ildə, ikinci mərtəbəsi isə XIX əsrin sonlarında inşa edilib.
Belə evlərin mətbəxi ümumi kompozisiyadan ayrılaraq
kənarda – həyətdə inşa edilirdi. Bu evlərdə mətbəxin
küncündə,döşəməninsəviyyəsindənbirqədərhündürdə
dəstəmaz almaq, yuyunmaq üçün suaxan inşa edilirdi.
Bütün evlər eyni qayda ilə bəzədilirdi. Divarlarda
qab-qacaq, dekorativ əşyaların qoyulması üçün ləmə,
taxçalar düzəldilərdi. Yorğan-döşək yığmaq üçün isə
divarın içərisində cumaxatanlar olurdu. Otağın mərkəzi
hissəsində evin isidilməsi üçün içinə kömür tökülən
manqal qurulurdu. Kürsü üzərinə kətil qoyulur, üzərinə
ölçüsü digərlərinə nisbətən böyük olan, məxsusi kürsü
üçün sırınan yorğan – “kürsü yorğanı” sərilirdi. Uzun qış
gecələrində ailə bu kətilin ətrafında oturar, söhbət edər,
çərəz yeyər, gecə də üstlərinə yorğan salıb, elə oradaca
yatardılar. Kömür, sadəcə, tüstülənib, isti verdiyinə görə
yanğın təhlükəsi olmurdu.
Muzeydəki digər evlərə səyahətimiz davam edir...
Balaca evlərin birində gənc bir dulusçu ilə qarşılaşırıq. Əl
işlərini qarşısına düzüb turistlərə nümayiş etdirən Xalid
dədə-babadan qalma bu qədim sənəti yaşatmaqdadır.
Biz də dulusçuluq etməyə çalışırıq. Amma alınmır –
yaxşısı budur, öz işimizlə məşğul olaq.
evləri var xana-xana
1...,94,95,96,97,98,99,100,101,102,103 105,106,107,108,109,110,111,112,113,114,...200