99
qoyundan söhbət gedir. Əslindəsə, “qoyun”
sözü sinə deməkdir. Döyüşə girməzdən öncə
Qaraqoyunlular sinələrinə qara, Ağqoyunlular
isə ağ qalxan bağlayırdılar ki, atılan oxlar onları
öldürməsin. Ümumiyyətlə, tarixdə adı geyimlə
bağlı olan dövlətlər çox olub. Məsələn, Qızılbaşlar
dövləti, yaxud Ağuzilər, Saklar, yəni Şişpapaqlılar
kimi. Çünki ilk dövlətçiliyi ordu yaradıb. Bu
xırdalıqlar ornamental xalçalarda öz əksini tapıb.
Ornament tarixdən də zəngin və kodlaşmış bir
kitabədır.
– Bəs bu gün toxunan xalçalarda tarixi əks
etdirən hansı ornamentlər var?
– Xalçada elə işarələr var ki, onlar sakral dün-
yanın işarələridir və energetik gücə malikdirlər.
Bu baxımdan belə işarələri olan xalçaları, ümu-
miyyətlə, evdə saxlamaq olmaz.
– Bəs bu xalçalar hansı məqsədlə toxunub?
– O zaman insanların düşüncəsi daha çox təbiətə
uyğun olub. Məsələn, əvvəllər bizdə “ölümlük”
adlı xalçalar toxunardı və insan öləndə meyiti
bu xalçaya qoyub aparardılar. O xalçanı gəlinə
hədiyyə verməzdilər. O xalıda elə kodlar olur
ki, ancaq, belə deyək, ölüyə xidmət edir. Bundan
başqa da müxtəlif mənalar kəsb edən xalçalarımız
olub. Məsələn, Əmir Teymur Ərdəbilə gələndə,
oranın şeyxləri onu düşmən kimi qarşılayıblar.
Oturmaq üçün altına “ziddi-insan”, yaxud “ziddi-
teymuri” elementləri ilə dolu olan sarı xalça atıblar,
qabağına da südlü plov qoyublar. O, məsələni başa
düşüb və şəhərdən xərac almadan gedib. Bu cür
məna daşıyan xalçaları konkret vəziyyətlərdə istifadə
ediblər.
– hazırda üzərində işlədiyiniz xalça rəsmi varmı?
– Hazırda “Nuhun gəmisi” adlı bir kompozisiya
üzərində işləyirəm. Bu iş çox vaxt tələb edir. Hələlik
layihəsini hazırlayıram. Yəqin ki, bir-iki ilə tamam-
layaram.
P.S.
Hazırda xalçaçı-rəssam, dosent Məmməd-
hüseyn Hüseynov türk mədəniyyətinin
“milli simvolu” olan “Pazırık” xalçası ilə bağlı elmi-
tədqiqat işi aparır. Qeyd edək ki, bizim mənbələrdə
2500 yaşlı “Pazırık” xalısının ölçüsü 4,5x6,5m
göstərilir. Əslində isə xalis yundan olan bu qədim
xalçanın ölçüsü 1,83x2m, ümumi sahəsi 3,66 kvadrat
metrdir.
Xalça. “Füzuli dünyası“. Rəssam: Məmmədhüseyn Hüseynov
Xalça. “Merac“. Rəssam: Məmmədhüseyn Hüseynov
1...,91,92,93,94,95,96,97,98,99,100 102,103,104,105,106,107,108,109,110,111,...200