101
Bu Qala...
H
Obaları var oyma-oyma
Hər daşında sirli, müəmmalı tarix yaşadan qə­
dim Qala... Buranın hər küncündə tarixin izini
görmək mümkündür. Qədim balaca evlərdə,
yol boyu düzülən daşlarda, hətta insanların
simasında belə...
Qalanın qəribə bir sehrli aurası var. İnsan bu
kəndə ayaq basar-basmaz o sehrə düşür, hətta bir
neçə gün də bu sehrin təsirində qalır.
Yolumuz Qala kəndi ərazisində yerləşən Qala
Dövlət tarixi-memarlıq qoruğunadır. Daha
doğ­rusu, bu qoruğun ərazisindəki açıq səma
altında yerləşən Qala arxeoloji etnoqrafik muzey
kompleksinə...
Ondan başlayaq ki, qoruq 1988-ci ildən fəaliyyət
göstərsə də, açıq səma altındakı bu muzey
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci
ildə təşkil edilib.
İzləri beş min il əvvələ gedib çıxan bu kəndin
tarixi, məişəti haqqında bir neçə saat ərzində
muzeyi gəzməklə, qısa da olsa, məlumatlanmaq
olar.
Mətn: Günay Fətəlİyeva
1...,93,94,95,96,97,98,99,100,101,102 104,105,106,107,108,109,110,111,112,113,...200