112
– Gülbacı xanım, ilk toxuduğunuz xalça
yadınıza gəlirmi?
– İndiki kimi yadımdadır, ilk toxuduğum
“Xilə-Əfşan” xalçası olub. Açığı, bu xalçanı
toxuyanda toxuduğum naxışların mənasından
tam xəbərsiz idim. Toxuduqca müəllimimdən,
bu işdə peşəkarlaşan insanlardan soruşa-soruşa
naxışların mənasını da öyrəndim. Xalçalar
arasında ən çox sevdiyim xalça da elə bu “Xilə-
Əfşan” xalçasıdır. Bu xalçada bir ornamenti –
girdə quşa bənzər təsviri xüsusilə çox sevirəm.
– Bakı xalçalarının digər məktəblərin
xalçalarından fərqi nədir?
– Bilirsiniz, Bakı xalçaları digər məktəblərin
xalçalarından daha çox zərifliyinə görə
fərqlənirlər. Bu xalçaların incə, zərif toxunuşu var.
Bakılılar hansı məktəbin xalçasını toxuyurlarsa,
naxışların incəliyindən o dəqiqə bilinir ki, bunu
biz toxumuşuq. Bakı xalçaları ağ, qırmızı, hərdən
də sürməyi yerliyində toxunur və qalınlığı 5
mm-ə qədər olur ki, bundan artıq toxusaq,
zərifliyi itə bilər. Məsələn, 2000-ci ildən Binədə
yerləşən xalça sexində baş usta işləyirəm və bu
illər ərzində “Azər-İlmə”-nin sifarişi ilə daha
çox Bakı xalçaları toxuyuruq. Bakı xalçalarının
özünəməxsus naxışları var ki, köhnə xalçaçılar
baxan kimi bu naxışları tanıyırlar. Amma cavan
xalçaçılar, demək olar ki, bu naxışlardan xəbərsiz
olduqlarından bildiklərimizi cavanlara öyrədirik
ki, bu naxışlar yaşasın.
– Daha çox hansı məntəqənin xalçalarını
toxumusunuz?
– Əlbəttə, bütün məktəblərin xalçalarını
toxumuşam, ancaq daha çox Bakı qrupuna daxil
olan Hökməli, Novxanı, Fatmayı xalçalarıdır.
– Xalçada rəng Sizin üçün nə deməkdir?
– Xalçanın rəngi onun üçün həyat vəsiqəsidir.
İncə bir xalça toxunar, ancaq rəngləri düzgün
seçilməyibsə, onun heç bir qiyməti olmaz.
Mənim ən çox sevdiyim rəng firuzəyidir. Xalçada
biz bu rəngə yaşıl deyirik. Göy rəngin tonudur
və həm yaşıla, həm də göyə oxşayır. İnsan bu
rəngə baxanda ürəyi açılır. Amma dediyim kimi,
hər rəngin öz yeri var. Mən portret xalçasını
toxuyanda 55 rəngdən istifadə etmişəm. Nizami
Gəncəvinin portretində təkcə saqqal hissəsinə
15 rəng işlətmişəm. Sovet dövründə rənglərin o
qədər çalarları, tonları olurdu ki, ayırd eləmək
üçün onlara nömrə vururduq. Əlbəttə, bunlar
çətinlik yaradırdı, həm də bəzən rənglər qarışırdı.
“Azər-İlmə”-də işləyəndən sonra isə biz sırf
yeddi rənglə işləyirik ki, bu da göy qurşağının
rənglərini göstərir. Etiraf edim ki, indi yeddi
rənglə toxuduğumuz xalçalar o vaxt çox rənglə
toxuduqlarımızdan daha qəşəngdir.
– Gülbacı xanım, belə bir deyim var ki, xalçaçı
ən yaxşı xalçanı qızı üçün cehizlik toxuyur. Siz
də toxumusunuz?
– Üç qızımın üçünə də Bakı, Quba xalçası olan
“Açma-yumma” və Şirvan xalçası toxumuşam.
Bir də üç dənə ayrı xalça toxumuşam ki, həmin
xalçalarda bütün məktəblərdən bir hissə var.
1...,104,105,106,107,108,109,110,111,112,113 115,116,117,118,119,120,121,122,123,124,...200