97
– Şəxsi sərgim olmayıb, ancaq Azərbaycan xalçalarının kollektiv sərgisində
çox iştirak etmişəm. Həm rəngkarlıq, həm də xalça sahəsində xeyli işlərim var.
İlk dəfə 1995-ci ildə “Sufi” adlı xalçam Bodrumda xalça simpoziumunda iştirak
edib. Düzdür, münsiflərin yanlış qərarı ilə həmin il simpoziumun “Qızıl altun”
mükafatı heç kəsə nəsib olmadı, amma deyilənə görə, mənim işim münsiflər
heyəti tərəfindən çox maraqla qarşılanıb. Bu, mənim birinci sərgim idi. Bundan
sonra bir neçə xalçam Rusiyada, Ukraynada, rəngkarlıq əsərlərim Misirdə,
Belorusda, Türkiyədə sərgilənib. Ən son isə dekorativ janrda olan bəzi işlərim
bir neçə ay öncə özümün də xəbərim olmadan İtaliyanın Milan şəhərində
sərgiləndi. Respublika daxilindəsə, demək olar ki, bütün rəngkarlıq və xalça
sərgilərində iştirak edirəm.
–hər rəssamın sevdiyi rənglər olur. Sizin necə, hansısa bir rəngə bağlılığınız
varmı?
– Mənim ən çox sevdiyim rəng sürməyidir. Bu rəng həm gecənin, həm də
dərinliyin rəngidir. O rəngə baxanda kəhkəşanın sonsuzluğunu görürsən. Bir
də bu rəng üzərindəki digər rəngləri, xüsusilə də işıqlı rəngləri aktiv şəkildə üzə
verə bilir. Ümumiyyətlə, Azərbaycan xalçalarının rəngləri əsrlərlə bişmiş, həll
olmuş rənglərdir. Bəzən bizimxalçaçı-rəssamlar müasir rəng axtarırlar. Əslində,
bu rəngləri axtarmaq lazım deyil. Klassik xalçalarımızın rənglərinə baxsaq,
görərik ki, hamısı tapılıb. Bayatılarımızın birində belə bir ifadə var: “ağla yaşıl
xoş yaraşır” və “ağla sarı it yasağı”. Sonuncuda rənglərin uyğunsuzluğundan
söhbət gedir. Doğrudan da, bu rənglər rəngkarlıqda işlənəndə əsərlər uğurlu
alınmır. Min illərdir ki, insan övladı rənglərlə ünsiyyətdədir. Mən sakların
tarixini oxudum və gördüm ki, sən demə, Azərbaycanda 700 000 il bundan
əvvəl insanlar artıq rəng həlli haqqında düşünüblər. Məsələn, bitkilərdən rəng
alıblar, yaxud heyvanların qanı ilə mağaralarda rəsmlər çəkiblər.
– Sizcə, xalçalarımızdakı naxışlar yetərincə tədqiq olunurmu?
– Tədqiq olunur, amma bu tədqiqat dəryada bir damladır. Bir ornamenti
tanımaq böyük bir tarixə səyahət etmək deməkdir. Tarix boyu Qərb Şərqdən
asılı olub. Bizdə Eneolit və Mezeolit dovründə adamlar təsadüfən odu tapıblar.
Buta da odun simvoludur. Od da dörd ünsürdən biridir. Bir tək od ünsürü ilə
bizdə minlərlə element var.
– Müasir gənclərin xalça sənətinə marağı necədir?
– Ümumiyyətlə, müasir dünyanın təfəkkürü kibernetika üzərində formalaşır.
Kibernetika elmi telefonu,müasir texnologiyanı insanlara təqdimedəndənsonra
insan, bir növ, enerjisini o predmetlərə yönəldir və həmin predmetlərdən enerji
alır. Küçədə gedəndə diqqət edin, gənclərin əksəriyyəti qulaqlarında qulaqlıq
musiqiyə qulaq asırlar. Sizcə, onlar küləyin səsini duya bilərlərmi? Amma sən
küləyin, avtomobillərin, insanların səsini eşitməlisən. Demək istəyirəm ki,
insanlar özlərini təbiətdən tədricən ayırdıqca beyində sənətə qarşı münasibət
də dəyişir. Adamların əksəriyyəti modernizmə meyillidirlər. Hətta Rəssamlıq
Akademiyasına qəbul zamanı da görürük ki, xalça sənətinə gənclərin marağı
azdır. Onlar, sadəcə, xalçanın dilini anlamırlar. Əgər onlar bilsələr ki xalça
min xəstəliyin dərmanıdır, münasibətləri dəyişər. Xalçanın tozları udmaq, pis
enerjini, cadunu, gözdəyməni məhv etmək qabiliyyəti var. Həmçinin, xalça
evin işığını da artırır. Məsələn, qırmızı və ağ rəngli xalçalar evdə işığı əks
etdirərək gurlaşdırır. Bundan başqa, xalça soyuq olanda isti, isti olanda sərinlik
yarada bilir. Qədimdə varlı adamlar xalçanı qiymətləndirərək ona xeyli pul
xərcləyiblər. Bu hətta Midiya dövründən başlayır. Düşünürəm ki, vaxt gələcək,
təbiətdən ayrılmalar insanlara zərbə vuracaq. Sonra isə bütün dünyada təbiətə
qayıdış olacaq. Təbiətə qayıdanda insan doğal, yəni təbiətdən gələn sənətlərə
meyilli olacaq. İndi tək bizdə yox, Avropada, dünyanın hər yerində belədir.
Azərbaycan xalqı bilməlidir ki, Nuhdan sonra yaşayış, həyat, mədəniyyətin
kökü, adamların, tayfaların, dillərin və millətlərin formalaşması Azərbaycan
ərazisində olub. Tarixçilərimiz araşdırıb görsələr ki oduAzərbaycanda yaşayan
insanlar əldə ediblər, o zaman insanların xalçaya münasibəti də dəyişər. Çünki
1...,89,90,91,92,93,94,95,96,97,98 100,101,102,103,104,105,106,107,108,109,...200