107
Qalanın məşhur qoyun cinsləri bütün dünyada
məşhurdur. Bu qoyunların ikihissəli quyruqları o
qədər ağır olurdu ki, heyvan yatıb- dura, hərəkət edə
bilmirdi. Heyvanın quyruğu çürüyüb qurd salmasın
deyə, onun üçün ikiçarxlı yeşikvari xüsusi araba
hazırlanır və hərəkət zamanı quyruğu onun içinə
salınırdı. Bir nəfər də arabanı qoyunun arxasınca
sürərmiş. Şan-şöhrəti dünayaya yayılan Qala cins
qoyunlarını muzeyin ərazisində ikimərtəbəli evin
yanındakı tövlədə öz gözlərinizlə görə bilərsiniz.
Qala kəndində qoyunçuluğun yüksək inkişafı
xalçaçılığın da inkişafına səbəb olmuşdur. Bunun
üçün əvvəl yun yuyulub daranır, cəhrə ilə ip əyrilir,
sonra həmin ip boyanırdı. Əncir yarpağından,
zəfərandan, nar, soğan qabığından, boyaq otundan,
qozun yaşıl qabığından, palıd ağacının qabığından,
tut yarpağı, kartof qabığından və s. müxtəlif təbii
rənglər hazırlanırdı. Hal-hazırdamuzeydə eksponat
kimi saxlanılan xana bir neçə nəsil tərəfindən
istifadə olunub və bu günə qədər qorunub saxlanıb.
Muzeydəki xalçaçı qadınlar gələn turistləri qədim
sənətimizin ənənələri ilə tanış edirlər.
Qalada XX əsrin əvvəllərinə qədər dəvəçilik də
geniş yayılmışdı. Dəvələr vasitəsilə Azərbaycanın
müxtəlif yerlərinə, hətta yad diyarlara da neft
daşınarmış.
Yaylığının yanı buta
1...,99,100,101,102,103,104,105,106,107,108 110,111,112,113,114,115,116,117,118,119,...200