113
Hətta bu xalçalara qızlarımın özlərinə də ilmə vurdurmuşam
ki, burada əllərinin nişanı olsun. Düzdür, qızlarım bu sənəti
seçmədilər, ancaq fəxr edirəm ki, onlara xalça toxumağı öyrədə
bildim. Sənətdir, nə bilmək olar, bəlkə nə vaxtsa ehtiyacları olar...
Hərdən istəyirəm, xanaları kiməsə verim, qızlarım qoymurlar,
deyirlər, bizə yadigar qalsın, nə vaxtsa ürəyimiz istəsə, toxuyarıq.
– elə olurmu ki, birdən darıxırsınız, keçirsiniz xananın
arxasına və başlayırsınız toxumağa?
– Evimdə üç dənə xana var, ürəyim istəyəndə qururam,
başlayıram toxumağa. İnanın, dərd məni üstələyəndə dəzgah
qarşısına keçirəm və o an dərdimi unuduram. Xana qarşısında
həm də el havalarını, xalq mahnılarını zümzümə edirəm, bütün
acılarım canımdan çıxır. Ümumiyyətlə, xalça elə bir şeydir ki,
ona yaxınlaşdıqca, insan yeni-yeni şeylər öyrənir. Qırx ildir ki,
bu sənətdəyəm, yenə bilmədiyim çox şeylər var. Hər dəfə xalça
toxuyanda yeni bir aləm kəşf edirsən.
– elə bir xalça varmı ki, arzulamısınız, amma toxuya bilmə-
misiniz?
– Olub. Çox istəmişəm Şeyx Səfi xalçasını toxuyum, amma
alınmayıb. Çalışdığım “Azər-İlmə”də iki dəfə bu xalça toxunub,
ancaq hər dəfə gəlib sonuna çatmışam. Çox istəyərdim həmin
xalçaya, heç olmasa, beş ilmə vurum...
– heç hədiyyə etdiyiniz xalça olub?
– Ayrı-ayrı çeşnilərin hissələrindən ibarət olan bir xalça hədiyyə
vermişəm. Xahiş ediblər, mən də imtina edə bilməmişəm. Xalça
ürəklə toxunubsa, onu kiməsə bağışlamağa adamın əli gəlmir.
Bilmirəm, o adam həmin xalçanı necə dəyərləndirir, necə saxla-
yır, amma mən, elə bil ki, ürəyimin bir parçasını çıxarıb ona ver-
mişəm.
– elə olubmu ki, toxuduğunuz xalçanın iplərini özünüz boya-
yasınız?
– Özüm üçün toxuduğum “Açma-yumma” xalçasının iplərini
əllərimlə boyamışam. Ümumiyyətlə, son dövrlər təbii boyamanı
mən ancaq “Azər-İlmə”də görmüşəm. Sovet dövründə isə hazır
boyanmış iplərlə toxuyardıq.
– Bir xalçanın toxunmasına nə qədər vaxt sərf edirsiniz?
– Bu, xalçanın ölçüsündən asılıdır. Məsələn, eni 75 sm, uzunu
45 sm olan iki xalçanı səkkiz aya
toxumuşam. Amma hər işimi bir kənara
atıb ancaq toxumaqla məşğul olsam, onu
üç aya da bitirərdim. 2x3 m-lik xalçanı
təkbaşına altı aya toxuyaram. O da var
ki, artıq 50, 60 sıxlığında xalça toxuyan
vaxtım da deyil.
– 40 ildir bu sənətdəsiniz. Zəhmətiniz
dəyərləndirilib?
– Sovet dövründə “Əmək veteranı”
medalı, ondan sonra hər il kiçik müka-
fatlar almışam. İl ərzində normadan artıq
xalça toxuduğumuza görə biz dörd bacı
“Qızıl əllər” möhürünə sahib olmuşuq.
Biz özümüz toxuduğumuz xalçaların
arxasına bu möhürü vururduq və bizim
xalçamızı heç kəs yoxlamırdı. Məsələn,
100 metr xalça verməli idiksə, biz 150,
200 metr verirdik. Buna görə də, həm
yaxşı maaş alırdıq, həm də əməyimiz
dövlət tərəfindən qiymətləndirilirdi.
– Deməli, xalçaçılıqla həm də ailə
saxlamısınız...
– On yeddi il əvvəl həyat yoldaşım
rəhmətə gedəndən sonra ailənin bütün
ağırlığı mənim üzərimə düşsə də, üç
qızımı bu sənətin hesabına böyütdüm.
Onların cehizləri, təhsil haqları, yedikləri,
geydikləri hamısı bu sənətin hesabına
olub.
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...200