108
Abşeron ərazisində sandıq qəbir
abidələri də geniş yayılıb. Erkən
dövrlərə aid digər qəbirlərdən fərqli
olaraq, bu qəbirlərdə insanlar tək-tək
dəfn olunurdu. Bu qəbirlərin üzərində
müxtəlif həndəsi, nəba­ti ornamentlərə
rast gəlmək mümkün­dür.
Muzeydə rastınıza çıxacaq Dübəndi
kurqanı da çox maraqlı abidədir. Bura-
da qurbangahın kamerası müx­təlif öl-
çülü daş piltələrdən hörülüb. Onun bir
divarını antropomorf hey­kəl təşkil edir.
Dəfn kamerası mərkəzdə yerləşir. Orada
dəfn olun­muşun sümükləri, saxsı qab­la­
rın qırıqları, muncuqlar aşkar olunub.
Qurbangah kamerasında antro­po­morf
abidənin qarşısında daş dəstələr, çay
daşından çapacaq, hey­van sümükləri,
geniş boğazlı saxsı qablar aşkar olunub.
E.ə. III mi­nil­liyin I yarısına aid edilən
Dübəndi kurqanı təkcə dəfn abidəsi de-
yil, həmçinin tunc dövrünə aid orijinal
arxitektur tikilidir.
Qalanın dibində
bir daş olaydım...
Yaddaş
Muzeydə qarşımıza “Zirə qədimyaşayış məskəni” çı-
xır. Zirə qəsəbəsindən tapılmış bu abidə tunc dövrünə,
xronoloji olaraq e.ə. III minilliyin sonu II minilliyin
əvvəlinə aiddir. Bu abidənin analoqu olmadığına görə,
onun sökülməməsi üçün bura yalnız abidədən kənara
düşmüş daşlar gətirilmiş, digər hissələri isə imitasiya
edilərək muzeydə yığılmışdır. Bu məskən nadir tapıntı
hesabediləbilər.Abidəninsəciyyəvi xüsusiyyətlərindən
biri də odur ki, divarların daxili his­səsində petroqliflər
çəkilib. Belə təsvirlər daşların üzərinə, əsasən, barel-
yef və qravüra üsulu ilə çəkilirdi. Təsvirlərdə Abşe-
ron sakinlərinin dini və dünya duyumunu əks etdirən
müxtəlif süjet və obrazlar göstərilmişdir. Daş stelaların
birində maral və əlində çubuq tutmuş insan təsviri
var. Maral obrazı və onun şaxəli buynuzları qədim
düşüncələrə görə günəşin rəmzidir. İstisna deyil ki,
əlində çomaq olan insan fiquru Abşeron qəbilələrinin
dini panteonunda Tanrılardan biridir.
Muzey ərazisində meqalitik abidələr də var. Belə
abidələrdən olan dəfn, dini ayinlər icra etmək və yaşa-
yış məqsədləri üçün nəzərdə tutulan dolmenlər e.ə. III–
II minilliyə aid edilir. Bu dolmenlər Şüvəlan ərazisində
Ağdaş düzündə aşkar edilib.
Muzeydə qorunan qəbirlərin içində çoxlu zoomorf
əşyalara təsadüf edilir. Tədqiqatçılar bunu totemizm
əlaməti sayırlar. Qəbirlərdə dəfn olunan insana aid
əşyalar (əqiq, şüşə muncuqlar, daş çapacaq, nizə, ox uc-
luğu və s.) və bir neçə gil qab da tapılıb.
Alaçıq adlanan məskən isə ilkin yaşayış məskəni kimi
e.ə. III–II minilliyə aid edilir. Buradakı alaçıqlar gil
və samandan hörülüb. Daş tikililərdən fərqli olaraq,
köçərilər tərəfindən inşa edilən bu tikililər daha çox
müvəqqəti yaşayış məqsədi ilə inşa edilirdi.
1...,100,101,102,103,104,105,106,107,108,109 111,112,113,114,115,116,117,118,119,120,...200