125
I Təhmasibin ətrafındakı rəssamlara və xəttatlara olan fanatik bağlılığı
elə bir həddə çatmışdı ki, o, Səfəvi sarayından başqa ölkələrə qaçan
sənətkarların gedişini şəxsi xəyanət kimi qəbul edir, bu qəbildən olan
hadisələrə isterik reaksiya verirdi. B. Denike “İran rəssamlığı” adlı
kitabında belə hadisələrdən birinə toxunmağı lazım bilib. Doğrudur,
Denike barəsində danışdığı hadisəni daha çox Təhmasibin kəskin
xarakterini göstərmək məqsədilə qabardır, lakin fakt faktlığında
qalmaqdadır: “Bir dəfə iki məşhur rəssam I Təhmasibin sevimli
qulluqçusunu da özləri ilə götürərək Hindistana qaçmağa cəhd
göstərirlər. lakin yolda onlar həbs olunaraq, Təbrizə qaytarılırlar.
Qəzəblənmiş Şah öz əli ilə rəssamlardan birinin – Xoca Əbdüləzizin
burnunu, ikincisinin – Molla Əlinin isə qulaqlarını kəsir. lakin bununla
belə, Əli bu cəzanın kifayət qədər yüngül olduğunu bildirir”
[Б. Денике.
“Живопись Ирана”, Москва;1938, səh. 123].
Saraydan uzaqlaşmağa çalışan rəssamlara yanaşmada sərt olduğu
qədər I Təhmasib ona qəlbən bağlı sənətkarların şıltaqlıqlarına da eyni
dərəcədə səbirlə dözürdü. Bariz nümunə qismində Behzadın özünü
göstərmək kifayət edər. Belə ki, mənbələrin məlumatlarına əsasən
şəraba aludə olan Behzadın bu zəifliyinə I Təhmasib hətta meyxana və
qumarxanaları bağlamaq haqqında verdiyi göstərişin icrası zamanı da
dözürdü. Ona görə də, ustad sənətkarın ictimai yerlərdə şərab içməsi
halları ilə rastlaşdıqda qanun keşikçiləri xoş bir istisna kimi cəzaya əl
atmadan yan keçməli olurdular.
Təhmasibin hakimiyyətinin ilk illərində Təbriz kitabxanası həqiqətən
özünün yüksəliş dövrünü keçirirdi. Öz ətrafına Sultan Məhəmməd,
Kəmaləddin Behzad, Ağa Mirək, Mir Seyid Əli kimi qüdrətli fırça
sahiblərini toplayan Təbriz kitabxanasında qısa müddətdə Şərqin
qüdrətli söz ustadlarının – Firdovsinin, Nizaminin, Caminin, Hafizin və
digərlərinin əsərlərinə çəkilmiş miniatürlər silsiləsi yaranır. Həmçinin
rəssamların müxtəlif mövzular ətrafında ərsəyə gətirdikləri onlarla
təsviri sənət nümunələri Azərbaycan rəssamlıq məktəbinin şöhrətini
göylərə qaldırır.
I Təhmasibin hakimiyyətinin ilk illərində Behzadın dünyasını
dəyişməsinə baxmayaraq, Təbriz kitabxanası inamla inkişafını davam
etdirirdi. Onun yetişdirdiyi onlarla tələbə öz müəllimlərinin işini
layiqincə gələcək nəsillərə ötürməyə çalışırdılar. B. Denike qeyd edir
ki, həmin dövrdə Təbriz kitabxanasında fəaliyyət göstərən rəssam və
xəttatların maddi təminatının yüksək olması Səfəvi sarayına axın edən
həm yerli, həm də əcnəbi sənətkarların sayını ildən-ilə artırırdı. Bunu
O. Akimuşkinin orta əsr məxəzlərinə istinadən Təbriz kitabxanasında I
Təhmasibdövründə fəaliyyət göstərən sənətkarların sayına dair gətirdiyi
məlumatlar da təsdiqləyir. Akimuşkinə inansaq, Təbriz kitabxanasında
5 xəttat, 7 rəssam, 3 ornamentalist və 1 cildçi fəaliyyət göstərirmiş.
Kitabxana bilavasitə kitabdar adlanan şəxsin nəzarəti altında işləyirmiş.
lakin 1548 - ci ildə qəflətən, heç kimin gözləmədiyi bir vaxtda I Şah
Təhmasib Təbriz kitabxanasının buraxılması haqqında qərar verir. Bu
hadisə Səfəvi dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi
qərarı ilə üst-üstə düşdüyündən kitabxanada fəaliyyət göstərən
rəssamların bir qismi ölkənin siyasi rəhbərliyi ilə birlikdə yeni mərkəzə
köçməyə üstünlük verir. lakin rəssamlar yeni paytaxtda artıq dövlətin
himayəsi ilə deyil, müstəqil şəkildə fəaliyyət göstərməyə məcbur olurlar.
Bir tərəfdən Osmanlı imperiyası ilə bitib-tükənməyən qanlı müharibələr,
digər tərəfdən ölkənin dağılan təsərrüfatı və gündən-günə pisləşən
iqtisadi vəziyyəti Şaha sənətə əvvəlkitək qayğı göstərməyə imkan
vermirdi. Kitabxananın bağlanma səbəbi dəqiq bilinməsə də, sadalanan
amillərin bu işə təkan verdiyi istisna deyil. Qəzvinə köçdükdən
sonra hökmdarın yanında qalan Sultan Məhəmmədin özünün də
Miniatür. “Harun əl Rəşid hamam-
da” Behzad. “Xəmsə” Nizami. XV əsr.
Britaniya kitabxanası. London.
Miniatür. “İsgəndər və pərilər”
Behzad. “Xəmsə” Nizami. XV əsr.
Britaniya kitabxanası. London.
1...,117,118,119,120,121,122,123,124,125,126 128,129,130,131,132,133,134,135,136,137,...200