126
yaradıcılığında durğunluq dövrü başlayır ki, bunun özü də Səfəvi sarayının həmin
anda sənətkarlığı himayə etmək gücündə olmadığının növbəti sübutlarından biridir.
Doğrudur, həmyerlimiz K. Kərimov kitabxananın buraxılması faktı ilə razılaşmır
və bildirir ki, bu qurum tam heyətdə yeni paytaxta köçürülmüşdür. Bununla belə,
orta əsr mənbələrində məsələyə dair olan birbaşa qeydlər həmyerlimizin mövqeyi
ilə üst-üstə düşmür. O. Akimuşkin Təbriz kitabxanasının buraxıldığı fikrini müdafiə
edərək, sübut qismində bəzi iqtibaslar edir: “Dövlət işlərinin çoxluğu ucbatından o,
rəssamlığa olan həvəsi ilə vidalaşdı. Beləliklə də, kitabxanadakı rəssamları onların
müstəqil şəkildə fəaliyyət göstərə bilmələri üçün azad etdi və kitabxananı buraxdı.
İskəndər Münşi”.
Yaxud, “Onlar (Səfəvilər – müəllif) Sultan Məhəmmədi çıxmaq şərti ilə bütün xəttat
və rəssamları kitabxanadan azad etdilər. Şah rəssamlıq və xəttatlığa olan həvəsini
unutduqdan sonra özünü tam gücü ilə dövlət işlərinə həsr etdi”
[О. Ф. Акимушкин. “Сред-
невековый Иран: Культура, история, филология”, СПб; “Наука” 2004, səh. 360-361].
Bununla belə, K. Kərimovundamövqeyini, necədeyərlər, “qəribçiliyə salmaq” olmaz.
Çünki tarixi mənbələrdən, elə həmin İskəndər Münşidən də bilindiyi kimi Qəzvinə
köçdükdən sonra da Şah sarayı nəzdində kiçik də olsa, kitabxana
fəaliyyət göstərib. Hətta Məhəmməd Xudabəndənin zamanında
məşhur rəssam Sadiq bəy Əfşarın həmin kitabxananın rəhbəri, yəni
kitabdar vəzifəsinə təyin olunması faktı da bizə məlumdur
[bax: Ç.
Qacar. “Qədim və orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri”, Bakı; 1997, səh.
233-234].
I Abbasın dövründə, yəni Səfəvi dövlətində elm və sənətə
dö v l ə t
qayğısının yenidən canlanmağa başladığı zamanda
kitabxana, eyni zamanda onun nəzdindəki
emalatxana öz işini davam etdirirdi.
Ancaq təbii ki, o, əvvəlki potensialından
və şöhrətindən çox uzaq idi. Deməli,
Akimuşkinin və Kərimovun ilk baxışdan bir-
birindən uzaq olan iki rəyi arasındakı ortaq
məxrəc təxminən belədir: Təhmasibin paytaxtı
Qəzvinə köçürməsindən sonra kitabxana
əməkdaşlarının böyük bir qismi ixtisar
edildi və müəyyən müddətə kitabxananın
fəaliyyəti dayandı. lakin sonrakı dövrlərdə
dövlətin maliyyə imkanlarının artması bu
təsisatın əvvəlki həcmdə olmasa da, yenidən
fəaliyyətə başlamasına təkan verdi. Əks
təqdirdə, Akimuşkinin istinad etdiyi İskəndər
Münşi Sadiq bəy Əfşarı “Şah kitabxanasının
kitabdarı” adlandırmazdı. Digər tərəfdən
I Abbas kimi qüdrətli və incəsənətə xüsusi
rəğbətlə yanaşan bir hökmdarın dövründə
rəssamlığın dövlət qayğısı ilə əhatə
olunmaması inandırıcı görünmür.
Bütün bunlarla belə, dağıldıqdan və
rəssamlıq sənətində pərakəndəlik dövrü
başladıqdan sonra da Təbriz kitabxanasının
Yaxın Şərq mədəniyyətinə təsiri uzun müddət
davam etdi. Bu məktəbin ənənələri ruhunda
yetişən sənətkarlar sonrakı əsrlərdə də öz
yaradıcılıqları ilə sələflərinin yolunu uğurla
davam etdirirdilər. Birmənalı şəkildə bəyan
etmək olar ki, I Şah Abbas dövründə yaşayıb-
yaratmış məşhur xəttat Mir İmad, Sadiq bəy
Əfşar, Əli Rza Təbrizi kimi görkəmli rəssamlar
öz yaradıcılıqlarında məhz Təbriz məktəbinin
Miniatür. “Dəfn mərasimi” Behzad. “Quşların söhbəti”
Attar. 1486-cı il. Metropoliten muzeyi, Nyu-York.
1...,118,119,120,121,122,123,124,125,126,127 129,130,131,132,133,134,135,136,137,138,...200