168
əsrlərdə bizdə bu tikmə müxtəlif tikmələrlə kom-
binasiya olunmuş şəkildə parçanın kənarına
xətt vurmaq və ya gülün içərisini doldurmaq
üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici
xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə
ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda
güləbətin tikmələrin bərpası ilə məşğul ol-
uruq. Bu tikmə növü Azərbaycanda, demək
olar ki, unudulmaq üzrədir. Bir sıra Orta Asi-
ya ölkələrində dəzgahla tikilir. Çox istəyərdik
ki, bizdə də bu tikmə növü dirçəlsin. Biz hal-
hazırda məxmərtel tikmənin texnikasını elə bir
səviyyəyə çatdıqmışıq ki, dünyada bu tikməni
belə səviyyədə bilən, bacaran ikinci adam
yoxdur. Xovlu tikmələr tərs üzdən işlənilir.
Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa
tərəfindən də tikilir. İranda keçirilən “Dünya
ölkələrinin əl sənətləri sərgisi”ndə də bizim əl
işini təəccüblə qarşıladılar. Uzaqdan baxanda bu
tikmənin rəsm əsəri olduğunu güman edirdilər.
Yaxınlaşanda isə elə bilirdilər ki, xalçadır. An-
caq əl vuranda, biz izahını verdikdən sonra başa
düşdülər ki, dədə-babadan eşitdikləri, bir-iki
sadə nümunəsini gördükləri məxmərtel tikməsidir.
– Bədii tikmə üçün nəzərdə tutulan xüsusi alət varmı?
– Təkəlduz tikmədə iki sadə alətdən – qasnaq və qarmaqdan (qullab) istifadə
edilir. Naxışlar ipək saplardan salınır. Təkəlduz tikmələr düz üzdən işlənilir. Hər
hansı bir məmulata naxış saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib onun
üzərinə ikinci bir qasnağı kip otuzdururlar. Sonra parçanın üzərinə rəsmin kontur
xətləri çəkilir, daha sonra isə onun daxili sahəsi doldurulur.
– Yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir?
– Daha çox miniatürləri işləməyi xoşlayıram. Tikmə sənətini gələcəkdə də bu
istiqamətdə inkişaf etdirməyi düşünürəm. Portret janrında Nizaminin, Atatür-
kün, H. Əliyevin portretlərini yaratmışam. Çanta, geyim, süfrə üzərində işlərim
var. Əsasən, Azərbaycanın qədim naxışlarından istifadə edirəm. Əgər qədimdə
naxış hansısa əşya üzərində işlənirdisə, o əşyaya uyğun salınırdı. Məsələn, qayçı
qabıdırsa, onun üzərinə naxışla qayçı təsviri salınırdı. Müasir dövrdə bu üsulla
əsasən geyimlərin üstü bəzədilir. Məsələn, toy geyimidirsə, al-əlvan rənglərdən
istifadə olunur. Sadə geyimlərin üstünə isə bir rəngli naxış salınır. Mən, daha
çox, sapla işləməyi sevirəm. Muncuqla da işlərim var. Amma sap daha effektlidir.
Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də diqqəti cəlb
edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən, ipək saplar-
dan istifadə etməyə çalışıram, pambıq saplar da olur, pambıqqarışıq ipək saplar
da. Atlaz parça üzərində “xovlu” tikmə, yun parça üzərində isə təkəlduz tikmə
işləyirəm.
– Yaratdığınız işlərin eskizini rəssam çəkir?
– Sənətkar o insana deyirlər ki, sənəti hərtərəfli bilsin. Özünü əsl peşəkar hesab
edən şəxs gərək eskizini özü yarada, özü də tikə.
– əl işlərinizi nümayiş etdirmisiniz?
– Fərdi sərgim iyul ayında baş tutdu. l. Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirildi. Bədii tikmə nümunəsinin
yaradılması altı ay, bir il vaxt tələb edir. Sərgiyə nəsə çıxarmaq üçün uzun illərin
zəhməti lazımdır. Yayda keçirilən sərgidə də illərlə çəkilən zəhməti nümayiş et-
dirdim. Sərgidəhəndəsi vənəbati naxışlarla işlədiyim“Tanrı gözəldir”, “Müqəddəs
Kəbə”, “Heydər Əliyev”, “Nizami Gəncəvi”, “Əfsanə”, “Muğamüçlüyü”, “Xosrov
1...,160,161,162,163,164,165,166,167,168,169 171,172,173,174,175,176,177,178,179,180,...200