25
Zəngin milli-mədəni dəyərləri olan,
dünya irsinə öz nadir incilərindən
töhfələr verən Azərbaycan mədəniy-
yətinin çoxəsrlik ənənələri var. 1991-
ci il oktyabrın 18-də “Müstəqillik
haqqında” konstitusiya aktının qəbul
edilməsi ilə Azərbaycan tarixinin,
mədəniyyətinin yeni mərhələsi baş-
landı. Demokratik, müstəqil Azər-
baycan dövlətinin bərqərar olması
xalqımızın həm siyasi, həm də
mənəvi qələbəsi idi. Bu gün öz
zənginliyinə, unikallığına görə Azər-
baycan mədəniyyəti dünya mə-
dəniyyətinin ayrılmaz tərkib hissəsini
təşkil edir. Mədəniyyətimiz bu gün
daha möhtəşəm bir dövrünü yaşayır.
Mədəniyyət işçilərimizin qazandığı
uğurlar, incəsənət sahəsində görülən
işlər, bütövlükdə mədəni həyatımız
belə deməyə əsas verir ki, həqiqətən,
müstəqilliyimizin iyirmi ili mədəniy-
yətimizin təntənəsi ilə yadda qaldı.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...200