26
K
h
M
Ümummilli liderimizHeydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Də-
də Qorqud”un 1300 illik yubileyinin keçirilməsinə dair fərman imzaladı.
Yubileyin təşkili məqsədi ilə komissiyanın yaradılması, ona Heydər
Əliyevin özünün sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə
çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və
gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə
kimi tarixə düşdü. YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilat qədimvə
həmişəyaşar “Kitabi-Dədə Qorqud” abidəsini qorunanmənəvi miraslar
siyahısına daxil etdi. 2003-cü ildən bu dastan dünya mədəniyyəti inciləri
arasında özünəməxsus yer tutur.
1997
“Kitabi-Dədə Qorqud” dastanı
1996-cı ilin ən əlamətdar hadisəsi böyük
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin
anadan olmasının 114 illiyi münasibətilə onun
qəbri üzərində ucaldılan möhtəşəm memarlıq-
xatirə kompleksinin açılışı oldu. Kompleks
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə
Naxçıvanda tikilib. Əcəmi Naxçıvani memarlıq
üslubunun təsiri aydın hiss edilən məqbərə
üst və aşağı sərdabə hissələrindən ibarətdir.
Hüseyn Cavidin ömür-gün yoldaşı Müşkinaz
xanımın, oğlu Ərtoğrulun (hər iki qəbir 1996-cı
ildə, sərdabə tikilərkən buraya köçürülüb) və
qızı Turan xanımın qəbri sərdabədədir. Burada
Hüseyn Cavidin büstü də qoyulub. Abidənin
layihəsinin müəllifi Azərbaycan Respublikasının
əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq
rəssamı Ömər Eldarovdur.
1996
hüseyn cavid məqbərəsi
DahiAzərbaycanşairivəmütəfəkkiriMəhəmmədFüzulinin
anadan olmasının 500 illiyi münasibətilə ümummilli lider
Heydər Əliyev 1994-cü ildə fərman imzaladı. Fərmana
əsasən, dünya klassikləri sırasında ensiklopedik biliyi,
dəyərli bədii-fəlsəfi irsi ilə seçilən ölməz söz ustadı Füzulinin
500 illik yubileyinin layiqincə təşkil olunması və keçirilməsi
məqsədi ilə dövlət komissiyası yaradılmalı və tədbirlər planı
hazırlanmalı idi. 1996-cı ildə Məhəmməd Füzulinin 500 illik
yubileyi ilə əlaqədar olaraq, Bakıda beynəlxalq simpozium
keçirildi. Bu simpoziumda Yaxın və Orta Şərqin ədəbi fikrini
öz təsiri altında saxlamağı bacaran Füzulinin bütün Şərqin
doğma şairi olması bir daha təsdiqləndi.
1994
Məhəmməd Füzulinin
500 illik yubileyi
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...200