88
minilliyə aid edilən kurqanda dəfn edilmiş qadının (boyu 2,20
m) ətrafında yerləşdirilmiş saxsı qablar və tunc bəzək əşyalarının
özünün də bu kultlarla bağlı bir izahı var...
Gəncə Tarix-Diyarşünaslıq Muzeyində rast gəldiyimiz digər
eksponat – Qafqaz Albaniyasına aid edilən, üzərində ucları
pöhrəyə bənzər bərabərtərəfli xaç təsvir edilmiş qəbirdaşı ma-
raq doğurur. Xalq-tətbiqi sənətində geniş yayılmış svastika təsvirlərindən biri də məhz
pöhrə ucluqludur.
V. N. Yanvarski isə üzərində svastika təsviri olan arxeoloji artefaktları b. e. ə. 15–10-
cu minilliyə aid edir. Qədim kurqanlarda və yaşayış məskənlərində qazıntılar zamanı
dünyanın dörd tərəfinə istiqamətlənmiş tikililərin mövcudluğu çox söz deyir. Skif çar-
lığı zamanı təqvim işarələri svastik simvollarla qeyd edilirdi. Qədimdə işlənən naxışla-
rın hamısı müəyyən inancla bağlı idi və ya mühafizə (qoruyucu) əhəmiyyəti daşıyırdı.
Məişət əşyalarında bəzək kimi svastikadan istifadəyə bütün dövrlərdə rast gəlinir.
XIX əsrin sonunda Qarabağda hazırlanmış tutacaq buna misal ola bilər.
1939-cu ildə Qobustanda Cingirdağ, Yazılıtəpə, Böyükdaş, Kiçikdaş dağları ərazisində
və ayrı-ayrı daşlarda günəş, svastika, xaç, ulduzların təsvirləri tapılmışdır.
Oda tapınan türklər onu ailə ocağının himayədarı hesab edir və onun təmizləyici
qüvvəsinə
inanırdılar:
“Türklər oda hər şeydən çox
sitayiş edir, havaya və suya
pərəstiş edir, torpağa həsr
olunan himnlər oxuyur, yal-
nız yeri və göyü yaradana
səcdə edərək, onu Allah ad-
landırırlar. Atları, öküzləri
və xırdabuynuzlu heyvanla-
rı ona qurban verir, gələcək
haqqında xəbər verən insan-
ları kahin seçirdilər...
Türklər oda xidmət edir
və ağac oturacaqlardan
istifadə etmirdilər. Onlar
hesab edirdilər ki, ağa-
cın tərkibində od var. Ona
görə də məişətdə ağacdan
istifadə etmirdilər. Oturmaq
üçün isə torpağa qalın həsir
salırdılar” (F. Əfəndi).
Od simvolları türklərin
incəsənətində geniş yayıl-
mışdır. Svastika və trik-
vestrdən başqa onlarda
m
y
Xalça. Yun. Xovlu. 225x181. XIX əsr.
Qazax qrupu. Azərbaycan
1...,80,81,82,83,84,85,86,87,88,89 91,92,93,94,95,96,97,98,99,100,...200