124
“Mən Azərbaycana gələndə burada heç kim xal-
ça bərpası ilə məşğul olmurdu. İndinin özündə
də bu sənətdə heç kim yoxdur. xalça bərpası çox
çətin sənətdir. Bu sənətə sahib olmaq üçün insana
birinci növbədə hövsələ, səbir lazımdır. Əks halda
heç bu işə baş qoşmasa yaxşıdır. xalça bərpasını
öyrədən xüsusi bir məktəb olmur. Bu sənəti ələ ba-
xıb mənimsəyirsən”.
Bərpaçının sözlərinə görə xalçanın təmirinə sərf
olunan vaxt həmin xalçanın nə dərəcədə zədələn-
məsindən asılıdır: “Bərpaçı toxucu deyil. Onun işi
toxucunun işindən daha çətindir. Təmir işi həkimin
xəstəni əməliyyat etməsinə bənzəyir. İnsanın bədəni
zədə alanda həkim onu necə sağaldırsa, bərpaçı da
xalçanı elə bərpa edir. xalça var ki, ehtiyatsızlıq
üzündən cırılır, ya da qatlandığı vaxt qat kəsilir.
Bəzi xalçalar da yeyilir, aşınır. Elə dəqiqliklə işləmək
lazımdır ki, xalçanın bərpa olunduğu bilinməsin”.
Texniki bərpa işində xüsusi dəzgah, təmir çərçi-
vəsi, təmir bıçağı, tiyəsi əyri qayçı, arğac mili ad-
lanan 10 nömrə iynədən istifadə edilir. xalçanın
əvvəlki hala salınması üçün onun ərişi, ilmə və
arğacları bərpa edilməlidir. Ona görə də əvvəlcə
ərişin, ilmənin, arğacın, iplərin qalınlığına və
rənglərinə uyğun material hazırlanır. Bundan son-
ra isə məmulatın sıxlığına, bərpa olunacaq hissənin
1...,116,117,118,119,120,121,122,123,124,125 127,128,129,130,131,132,133,134,135,136,...204