125
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
naxışlarına, ümumi kompozisiyadakı yerinə diqqət edilir: “Xalçanın korlanmış hissəsinə
uyğun gələn rəngdə ip seçilir və iynəyə keçirilərək həmin hissə bir-bir toxunur. Arğaclar
da eyni qaydada salınır. Köhnə, qədim xalçaların çeşnisi olmadığına görə, naxışlar xalça-
nın qalan hissəsinə əsasən bərpa edilir. Bərpa zamanı istifadə edilən iplər də xalçanın ya-
şına görə uyğunlaşdırılır. Xalça tam bərpa olunandan sonra onun üzərində təmir işlərinin
aparıldığı nəzərə belə çarpmır”.
Əgər çürümə və güvə yeyən yer yalnız xovdadırsa, onda əriş və arğacları bərpa etməyə
ehtiyac yoxdur. Bərpa işi bu zaman ilmələrdən başlayır və ilmələrdə də qurtarır. Yeni
xovla köhnə xovun düzgün birləşdirilməsinə və xovun pardaqlanmasına xüsusi diqqət
yetirmək lazımdır. Xovun düzəlişi ümumi kompozisiyaya və bədii tərtibata uyğunlaşma-
lıdır. Xovsuz xalçalarda isə əriş və arğac bərpa edilməklə iş qurtarmış olur.
Köhnə xalçalardan fərqli olaraq, təzə xalçaların bərpası, xüsusən də portret, insan sifə­
tinin təsviri zamanı onun orijinal eskizi istifadə edilir və ya onu əvəz edən çeşni hazırlanır.
Bərpa işi, adətən xalçanın toxunduğu istiqamətdə, aşağıdan yuxarıya doğru aparılır.
Amma bəzən istisnalar da olur.
Bərpaçı usta Cahan Fərəci xalçanın ömrünün ona necə qulluq göstərilməsindən asılı
olduğunu deyir: “Xalçaya yaxşı baxsan, xalçanın ömrü də uzun olar. İnsan gərək özünə
necə baxırsa, xalçaya da elə baxsın. Xalçanı məhv edən əsas səbəb baxımsızlıq, ona biganə
münasibətdir. Xalça bərpası çox çətin iş olduğuna görə bu sənətə maraq göstərən, onu
öyrənmək istəyən yoxdur. Çox istəyərdim ki, burada da bərpaçı nəsli yetişsin. Çünki
qədim xalçalar bir balaca cırılan, korlanan kimi onları atmalı olurlar. Amma bərpaçılar
çox olsa, belə xalçalar atılmaz, bu sənət də yaşayar. Azərbaycanda yaşı iki yüz, üç yüzdən
çox olan qədim xalçalar var. Mən özüm üç yüz yaşlı xalça bərpa etmişəm. İstənilən xal-
çanı bərpa edə bilərəm. Bu sənəti atalarımız, babalarımız bizə ötürüb, biz də onu öz öv-
ladlarımıza ötürməliyik. Xalçaçılıq çox gözəl sənətdir. Onu yaşatmaq, qorumaq bizim
borcumuzdur”.
1...,117,118,119,120,121,122,123,124,125,126 128,129,130,131,132,133,134,135,136,137,...204