126
Aparılan arxeoloji tədqiqatlar və elmi araşdır-
malar qədim tariximizin qaranlıq qalmış bəzi
problemlərini işıqlandırmağa və yeni elmi mü-
lahizələr irəli sürməyə imkan verir. Bildiyimiz
kimi, Azərbaycan ərazisində yaşamış tunc döv-
rü tayfalarının hərbi döyüşlərdə iştirak etməsi
barədə yazılı mənbələr çox az məlumat verir.
Bu baxımdan arxeoloji mənbələrə istinad etmək
daha məqsədəuyğundur.
Belə ki, Azərbaycanın Tunc və İlk dəmir döv-
rü arxeoloji abidələrində qədim tayfaların hərb
işi, az da olsa, öz əksini tapmışdır. Əsasən Azər-
baycanın müxtəlif bölgələrində arxeoloji qazın-
tılar zamanı təsadüf olunan maddi mədəniyyət
nümunələri arasında hərb işini təmsil edə biləcək
əşyalar və bədii tərtibatlı məmulatlar üzərində
döyüş səhnələri müşahidə edilən kompozisiya-
lara təsadüf olunur ki, bu da qədim tayfaların
hərb işi barədə müəyyən fikirlər söyləməyə əsas
verir.
Bu kompozisiyalarda biz qədim tayfaların si-
yasi, iqtisadi, dini-ideoloji və mifoloji baxışları
ilə yanaşı, bədii təfəkkürünü də izləyə bilirik və
maddi mədəniyyət nümunələri içərisində elə
çoxsüjetli kompozisiyalara rast gəlirik ki, onlar
xalqımızın qədim tarixini özündə əks etdirən
dəyərli mənbələr sayıla bilər.
Azərbaycanın arxeoloji abidələrində təsadüf
olunan maddi mədəniyyət nümunələrinin əsas
hissəsini qəbir materialları təşkil edir. Qəbirlər
və yaşayış yerləri qədim etnosların adət-ənə-
nələrini özündə qoruyub saxlayan yeganə mad-
di mədəniyyət abidələridir. Tunc və İlk dəmir
dövrünün inanclarına görə, qəbirlərə ölən şəxsə
məxsus əşyalarla yanaşı, müxtəlif məişət əşya-
ları qoyulurdu. Qəbirlərdə skeletlər əsasən,
kürəyi üstə, dizləri və qolları bükülü vəziyyətdə
təsadüf olunur.
B. D. Derjavin dizləri qatlanmış, kürəyi
üzərində dəfn adətinin Şumer mədəniyyətinə
xas geniş bir ərazini əhatə etdiyini göstərir .
Şumer, Aşşur Türkiyə tayfaları ilə qonşuluq-
da yaşamış Azərbaycan türk tayfalarının adət
və ənənələri, dini-inancları və dünyagörüşləri
yuxarıda göstərilən tayfaların həyat tərzi və
dünyagörüşləri ilə şübhəsiz ki, eyniyyət təşkil
etməyə bilməzdi.
Tunc dövrünə aid maddi mədəniyyət qalıqları
və yazılı mənbələr Cənubi Azərbaycanda və ona
qonşu ərazilərdə ilk böyük tayfa ittifaqlarının
etnososial səciyyə daşıyan birləşmələrinin möv-
cudluğu və cəmiyyətdə ictimai bərabərsizliyin
güclənməsi iləəlaqədar tayfalararası etnomədəni
əlaqələr barədə qiymətli məlumatlar verir. Aş-
şur, Babil, Akkad, Şumer, Elam kimi güclü döv-
lətlərlə qonşuluqda yaşamış Azərbaycan tay-
faları, sözsüz ki, yadelli hücumlara da məruz
qalmışlar. Bunun nəticəsi idi ki, Son tunc-İlk
dəmir dövründə Azərbaycanın, demək olar ki,
bütün yaşayış məskənləri möhkəm müdafiə di-
varları və siklopik tikililərlə əhatə olunurdu.
Aşşur çarı II Adad-Nerarinin (e.ə. 911-890) za-
manında Aşşurlar Azərbaycan ərazilərində qa-
rətçi yürüşlər etmişlər. Bunu
təsdiq edən yazılı mənbə
xocalıdan tapılmış II Adad-
Nerariyə məxsus muncuq
üzərindəki yazıdır: «Adad-
Nerarinin, qüdrətli hökm-
darın sarayı». Bu arxeo-
loji tapıntı Azərbaycan
ərazisinə olan basqınlar-
dan və hərbi yürüşlərdən
xəbər verir.
Culfa rayonunun xaşke-
şin kəndi yaxınlığında aşkar
olunmuş Urartu çarı Menuaya
aid mixi yazı Urartu çarla-
rının bu əraziyə basqınlar
təşkil etdiyini təsdiq edir .
V. Baxşəliyev yazır: «E.
ə. II minilliyin sonu – I
O r d u m ı n х ə b ə r i n b i l ü r m i s ə n , d e g i l m a n a !
Tunc dövrünün qalıqları nədən xəbər verir
r
r
b
z
İradə Avşarova
BDU-nun dosenti, t. ü. f. d.
Tuğ bayraq (Şəmkir)
AZƏRBAYCAN TAYFALARININ
HƏRB İŞİ (tunc dövrü)
1...,118,119,120,121,122,123,124,125,126,127 129,130,131,132,133,134,135,136,137,138,...204