127
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
minilliyin əvvəllərində Azərbaycanın Şimalında
yaşayan xocalı-Gədəbəy mədəniyyəti tayfaları-
nın Naxçıvana daxil olması bu dövrdə ehtimal
ki, tayfalararası ziddiyyətlər və siyasi hadisələrlə
bağlı olmuşdur.
Azərbaycan ərazisində dağıdılmış və yandırıl-
mış (məsələn: I Kültəpədə 2 m-ə yaxın mədəni
təbəqə kül qatı ilə örtülmüşdür) şəhərlər, yaşa-
yış məskənləri bir daha müharibələrdən xəbər
verir. Bundan başqa, yaşayış məskənlərindən
və qəbir abidələrindən arxeoloji qazıntı-
lar zamanı silahların əldə olunması şəhər və
kəndlərin hücumlara məruz qaldığını göstərir.
Əraziyə hücumlar, qanlı vuruşlar, döyüşlər və
müharibələrin olmasını arxeoloji əşyavi dəlillər
bir daha sübut edir. Azərbaycan ərazisində apa-
rılan arxeoloji qazıntılar və təsadüfi tapıntılar
nəticəsində təsadüf olunan döyüş əşyalarına
və silahlara – ox, nizə ucluqları, cida başlıqla-
rı, gürz, toppuzlar, döyüş baltaları, xəncərlər,
qılınclar və tuğ-bayraqlar daxildir. Ön Asiya
döyüş baltaları ilə Azərbaycan baltaları arasın-
da ümumi oxşarlıq Qafqaz və Asiyanın qədim
tayfalarının metallurgiya ocaqlarının bir-biri ilə
iqtisadi-mədəni və siyasi əlaqələrinin mövcud
olduğundan xəbər verir. Q. İ. İone, B. B. Piot-
rovski «skif» tipli (qanadsız) ox ucluqlarının bu
ərazilərdə tapılmasını Ön Asiya yürüşləri ilə mi-
diyalılarla əlaqələndirir. Tuğ-bayraqlar hər bir
dövrdə dövlətçiliyin rəmzi olmuşdur. Tarixdən
məlumdur ki, tuğ-bayraqlar qədim tayfalarda,
xüsusilə də, türklər arasında geniş yayılmış-
dır. Tuğlar dövrünə görə hökmdar tərəfindən
əyanlara hakimiyyət rəmzi mənasında veri-
lirdi. Tunc dövrünə aid tuğ-bayraqlar Şəmkir
rayonunun Qaracəmirli kurqanından və s.
ərazilərdən məlumdur. Onların döyüş arabala-
rına bərkidildiyi və döyüşlər zamanı tuğ-bayraq
rolu oynadığı düşünülür.
Azərbaycandan əldə olunan maddi-mədəniy-
yət nümunələri içərisində silahların üstünlük
təşkil etməsi və adətən, kişi qəbirləri üçün xarak-
terik olması, qəbirlərdə bir və ya bir neçə ədəd
təsadüf olunmasına əsasən demək olar ki, döv-
rün döyüşçüləri hərb işinə önəmli yer vermiş,
yaxşı təlim keçmiş və daha mükəmməl silahla-
naraq öz şücaətlərini və qüvvələrini döyüşlərdə
göstərmişlər.
xanlar rayonundan arxeoloji qazıntı zamanı
əldə olunan tunc tac Son tunc-İlk dəmir dövrünə
aiddir. Tacın tapılması hələ tunc dövründə bu
ərazidə olan dövlətçilikdən xəbər verir.
Bildiyimiz kimi, atların rolu hərb işində bö-
yükdür. Azərbaycanda, o cüm-
lədən Cənubi Qafqazda aparı-
lan arxeoloji qazıntılar bu
ərazilərin dünyada atçılığın
ən qədim məskənlərindən bi-
ri olduğunu sübut edir. Əli-
köməktəpə
abidəsindən
əldə
olunan at skeleti hələ eneolit döv-
ründə Azərbaycanda atın əhli-
ləşdirilməsindən xəbər verir. Azər-
baycanda atçılıqla bağlı ən geniş
tapıntılar e. ə. II minilliyin ikinci
yarısı – I minilliyin əvvəllərinə aid
arxeoloji abidələrdən əldə edilmiş-
dir. Məlumdur ki, at dövrünün ən
etibarlı nəqliyyat və minik vasitəsi
olmuşdur. Qobustan, Gəmiqaya və
Kəlbəcər petroqliflərində atla bağlı
təsvir olunan süjetlər eneolit və
tunc dövründə Azərbaycan tay-
falarının atdan bir minik vasitəsi
kimi istifadə etdiklərini bir daha
təsdiq edir.
Gəncə, Qarabağ və Şəmkirin
tunc dövrü qəbir abidələrindən
tapılmış atlara məxsus astroloji
qalıqlar, Qaracəmirli kurqanın-
dan əldə olunan at arabasının
müxtəlif hissələri və at əlhəslərinin
ərazilərdən tapılması Azərbaycan
tayfalarının hərb işində atın
önəmli yer tutması barədə fikirlər
söyləməyə əsas verir. Bildiyimiz
kimi, qədim tayfaların təfəkküründə
at mühüm rol oynamışdır. Qədim
nağıllarımıza nəzər saldıqda atın
murada yetişmək kimi mifik baxış-
ları özündə cəmləşdirdiyini görü-
rük. Bundan başqa, at qədim türk
tayfalarının təfəkküründə namus,
qeyrət rəmzi olmuşdur. Bununla
yanaşı, bəhs etdiyimiz mövzuya aid
kəmərlər üzərində öküz, qartal, qrif,
maral və s. obrazlarla bağlı təsvirlər
də geniş yayılmışdır. Bu obrazla-
rın bədii məmulatlar üzərində təsvir
olunması heç də təsadüfi deyildir. Al-
lahlar, şahlar, şər və xeyir qüvvələr
maddi
mədəniyyət
nümunələri
üzərində ibtidai icma dövrünün inanc-
larına görə müxtəlif heyvanlar şəklində
əks olunurdu.
-
p
d
m
r
Xocalı-Gədəbəy
mədəniyyətinə aid
tunç xəncər
1...,119,120,121,122,123,124,125,126,127,128 130,131,132,133,134,135,136,137,138,139,...204