132
Nağıllardan
boylanan
obrazlar
Elmİra Abbaslı:
“Bu sənət həm bahalı, həm zəngİn sənətdİr”
Söhbətləşdi: Nərmin Muradova
Müəllif kuklaları – müəllifləri, yaradıcıları olan kuklalardır. İncə əllərin
əziy­yətlə, zərgər dəqiqliyi ilə yaratdığı nadir sənət əsərləridir. Belə
nümunələr oynatmaq üçün yox, baxmaq, zövq almaq üçündür. Daha ma-
hir ustalar isə öz əlləri ilə yaratdıqları, qəlblərinin, ruhlarının bir parçası-
nı qoyduqları kuklalar vasitəsilə obrazlı bir dünya yaradır, düşüncələrini,
hisslərini çatdırırlar. Müsahibim rəssam Elmira Abbaslı da bu qəbildən
olan sənətkarlardandır. Söhbətimiz bitənə qədər mən xəyalən İçərişəhərin
dar küçələrində gəzdim, balaca pəncərələrindən boylandım, dolanbac
məhəllələrində azıb qaldım – sehrli, qorxulu nağıllar aləminə düşdüm...
Çünki Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, əsərləri Rusiya,
ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi
ölkələrin şəxsi kolleksiyalarında saxlanılan Elmira xanım içərişəhərlidir.
Hər şey də elə oradan – nənəsinin nağıllarından, uşaqlıq şüurunda ilişib
qalmış düşüncələrdən başlayıb:
1...,124,125,126,127,128,129,130,131,132,133 135,136,137,138,139,140,141,142,143,144,...204