80
gedib çıxır. İlk tağ formaları neo­lit-
eneolit dövrünə təsadüf edir. Belə
nümunələrə Qarabağın İlanlı təpə,
Qazaxın Şomutəpə adlı qədim yaşayış
məskənərinin evlərində rast gəlinir.
Daha sonra tağ dəmir dövründə me-
marlıq elementi kimi formalaşır, ilk
cəmiyyətlərin yaranması zamanı ge-
niş istifadə olunaraq, əvvəllər oldu-
ğu kimi dini təyinatlı tikililərdə ge-
niş tətbiq olunur. VII əsrdən etibarən
Azərbaycanda İslam dininin yayıl-
ması dini tikililərdə müxtəlif cür tağ-
ların yaranmasına gətirib çıxarır. Na-
mazlıq xalçalarda əks olunan mehrab
təsvirləri məscidlərdə müqəddəs
Kəbənin istiqamətini göstərən, Qibləni
bildirən mehrabların funksiyasını da-
şıyır.
Azərbaycan sənətşünasları namaz-
lıq xalçaları kompozisiya baxımından
iki qrupa ayırır: ərəb istilasından son-
ra xalq sənətkarları tərəfindən sərbəst
hazırlanan xalçalar və XVI əsrdən baş-
layaraq peşəkar sənətkarların eskiz­
ləri əsasında toxunan xalçalar. Xalq
sənətkarları tərəfindən toxunmuş na­
“Borçalı” (Namazlıq) xalçası. Yun. Xovlu. 150x120. 1997-ci il.
Qazax-Borçalı qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
“Bilici” (Namazlıq) xalçası. Yun. Xovlu. 148x98. 2008-ci il.
Quba qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
maz­lıqlar üçün namaz zamanı lazım olan əşyaların
təsvirləri xarakterikdir. Mürəkkəb kompozisiyalı na-
mazlıqlar isə rəssamların eskizləri əsasında toxunur,
istər quruluş, istərsə də rəng həlli baxımından daha
mükəmməl icra olunurdu. Bu həm də namazlıqlar-
da təsvir olunan mehrabların forma müxtəlifliyində
də özünü büruzə verirdi. Belə ki, xalq sənətkarları
tərəfindən toxunan xalçalarda mehrablar punktirli (qı-
rıq xətlərlə) cizgilərlə, peşəkar rəssamların yaratdığı
xalçalarda isə əyri xətlərlə icra olunurdu.
Namazlıqlar demək olar ki, Azərbaycanın hər bir
xalçaçılıq mərkəzində kütləvi şəkildə toxunmuş və
əvvəllər onların toxunmasında “Əfşan”, “Şah Abba-
si” və s. kimi ornamental kompozisiyalardan istifadə
edilmişdir. Sonralar müxtəlif xalça mərkəzlərində to-
xunan namazlıqlarda bir sıra ənənəvi qanunauyğun-
luqlar müşahidə olunur. Məsələn, Quba və Şirvan,
Qarabağ ərazisində toxunan namazlıqlarda ənənəvi
1...,72,73,74,75,76,77,78,79,80,81 83,84,85,86,87,88,89,90,91,92,...204