81
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
kompozisiyalardan istifadə olunub. Belə ki mehrab
təsviri Şirvanın “Sor-sor”, “Qobustan” və s., Quba-
nın “Alpan”, “Qonaqkənd”, Qarabağın “Xantirmə”,
“Qubadlı” kompozisiyalı xalçalarında istifadə olun-
muşdur. Bu baxımdan Qubanın “Pirəbədil” xal-
çası maraq doğurur. Xalçanın ilk haşiyə zolağında
“mollabaşı”, daha sonra iki paralel “hörük” formalı
naxışlardan toxunmuş haşiyə elementləri, iç haşiyə
zolağında səkkizbucaqlı ulduzlar və mərkəzdəki
ana haşiyə zolağında “kufi” motivləri toxunmuşdur.
Xalçanın ara sahəsi də çox maraqlıdır. Baş hissəsində
sınıq xətt formasında mehrab, ondan bir qədər aşa-
ğıda möhürün qoyulması üçün nəzərdə tutulan bir
guşə və onun da içərisində xalçanın toxunduğu tarix
həkk edilib.
Xalçanın ara sahəsini bəzəyən naxışlar da çox
zəngin bədii və semantik məzmuna malikdir. Bura-
da totemlərlə bağlı inanclardan irəli gələn “buynuz”
elementi xalçanın əsas mərkəz hissəsində beş dəfə
təkrarlanmaqla təsvir edilmişdir. Mehrabın üstündə
və ondan aşağı hissədə quşlar toxunub. Onlar pak,
müqəddəs ruhların hamisi sayılır.
Xalçanın digər doldurucu elementləri də müstəqil
elementlərdən ibarətdir. Romb, qarmaqlı, ulduz,
tənək yarpaqları, zoomorf və nəbati elementlərin
"Gəncə" (Namazlıq) xalçası. Yun. Xovlu. 152x94. 2000-ci il.
Gəncə qrupu. Azərbaycan. "Azər-İlmə" istehsalı.
“Borçalı” (Namazlıq) xalçası. Yun. Xovlu. 164x118. 1915-ci il.
Qazax-Borçalı qrupu. Azərbaycan.
“Qabıstan” (Namazlıq) xalçası. Yun. Xovlu. 190x130.
1915-ci il. Şirvan qrupu. Azərbaycan.
1...,73,74,75,76,77,78,79,80,81,82 84,85,86,87,88,89,90,91,92,93,...204