42
mışdı.
Quberniyanın
təkcə dörd qəzasında
90-cı illərdə xal-
ça toxunması ilə
100 minə qədər
adam məşğul idi
[6, 608]. Qarabağ
xalçaları istehsalı və
satışının mərkəzi Şuşa
şəhəri idi. Müqayisə üçün
qeyd edək ki, bu dövrdə digər xalçaçılıq sənəti
mərkəzi olan Quba qəzasında bu sənətlə
cəmisi 30 min adam məşğul idi. [1, 256].
XIX əsrin sonlarında nəşr olunmuş materi-
allarda Şuşada toxunan xalça və palazların öz
kəmiyyət və keyfiyyətinə görə bütün Qafqaz-
da birinci yeri tutduğu qeyd edilirdi [7,1] .
Xalçaçılığın digər kustar sənət sahələri ara-
sında geniş inkişaf etməsinin, yüksək dəyərə
malik məhsula çevrilməsinin səbəblərindən
biri evlərin, sarayların, müxtəlif ictimai bina-
ların tərtibatında bu sənət növünə olan böyük
tələbat idi. Qarabağ bölgəsində var-dövlət
göstəricilərindən biri daim xalça hesab olun-
muşdur. Təsadüfi deyil ki, oğul evləndirməyə
hazırlaşan ailələr gəlinin toxuculuq qabiliyyəti
ilə xüsusi maraqlanardılar. Adətə görə ailə qu-
ran qızların cehiz xalça və ya gəbəsi arasın-
da öz əlinin məhsulu olmalı idi. Bu baxım-
dan Qarabağın Xanqərvənd kəndi xüsusilə
fərqlənmişdir. Maraqlıdır ki, Xanqərvənddə
qız övladının dünyaya gəlməsi oğlana
nisbətən daha böyük sevinclə qarşılanırdı. Hər
ailədə ayda bir xalça toxu-
nurdu. Xalçaçılıq alətlərinin
səsi gəlməyən ev bədbəxt,
yazıq hesab olunurdu. Xal-
ça kəsilən gün ailə bayram
edirdi [10, 163]. Kənd qızla-
rının xalça sənətinə bağlılığı,
zəhmətsevərliyi, qabiliyyəti
dillər əzbəri idi. Məhz bu
səbəbdən onların elçisi, xalq
dili ilə desək, “başının üstə”
olardı. Xanqərvəndli qızla-
rın xalça sənətindəki ustalığı
onlar üçün ən qiymətli cehiz
hesab olunurdu. Qızlar altı
yaşdan etibarən xalça toxu-
mağa başlayır və bu işi bütün
1.
2.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...204