41
ümumiyyətlə, şərq xalçalarının vətəni hesab olunur. Çünki hörmə
məmulatı, xüsusən də kilimlər xovlu xalçalardan əvvəl toxunma-
ğa başlanmış və hal-hazırda başlıca olaraq Qafqazda istehsal olu-
nur” [9, 39].
Məlum olduğu kimi, Qafqaz xalçalarının 95%-ni Azərbaycan
xalçaları təşkil edir. Bu mənada H. Ropersin fikrinə aydınlıq
gətirərək, Azərbaycanın, xüsusən də Qarabağın şərq xalçaçılığı-
nın vətəni olmasını söyləmək mümkündür.
İstehsal texnikasına, naxış və çeşnilərinin müxtəlifliyinə, rəng
əlvanlığına, yüksək bədii tərtibatına görə Qarabağ xalçaları hələ
orta əsrlərdə geniş şöhrət qazanmışdı. “Kitabi-Dədə Qorqud” das-
tanında minlərlə ipək xalçalardan bəhs olunur. X əsr ərəb müəllifi
Əl-Müqəddəsi Bərdə şəhərindəki bazardan danışarkən xəbər ve-
rir ki, “...burada toxunan xalçaların misli-bərabəri yoxdur” [3,
134]. Artıq XIV əsrdən etibarən Avropaya ayaq açan Azərbaycan
xalçaları içərisində Qarabağ qrupu xalçaları da geniş yer tutaraq,
böyük şöhrət qazanmışdı. Digər Azərbaycan xalçaları ilə birlikdə
Qarabağ xalçaları da yüksək estetik dəyərə malik sənətkarlıq
nümunəsi kimi Avropa rəssamlarının diqqətini cəlb etmişdir. Qa-
rabağ qrupuna aid olan “Muğan” xalçasını Hans Memlinqin (XV
əsr) “Məryəm körpəsi ilə” və “Bir gəncin portpeti” tablolarında
görmək olar. “Metropoliten” incəsənət muzeyində XVI əsrdə to-
xunmuş Təbriz xalçası və “Şirvan” (Şamaxı) xalçası ilə birlikdə
XVII əsrdə Qarabağda toxunmuş “Qoca” adlanan xalça indi də
qalmaqdadır. Londonun “Viktoriya və Albert”, Parisin “Luvr”,
Vaşinqtonun “Metropoliten”, Vyananın, Romanın, İstanbulun,
Tehranın, Qahirənin müxtəlif muzeylərində və saysız-hesabsız
şəxsi kolleksiyalarda qorunub saxlanan Azərbaycanın Təbriz,
Şəki, Şamaxı, Gəncə, Quba, Bakı, Qazax kimi məşhur sənət
mərkəzləri ilə yanaşı Qarabağın sənətkarlıq inciləri olan xalçalar
da böyük heyranlıqla qarşılanır. Vaxtilə Qarabağ xalçaları Paris,
Vyana, Berlin, Peterburq, Moskva incəsənət sərgilərinin də ya-
raşığı olmuşdur. 1889-cu il Qafqaz sərgisində Şuşa və Cəbrayıl
qəzalarından 25-ə qədər eksponat nümayiş etdirilirdi. Sərgidə
Şuşa qəzasından gəlmiş müsəlman qadınlar qurulmuş xalça
dəzgahlarında tamaşaçıların gözü qarşısında xalçanın toxunma
prosesini nümayiş etdirirdilər [11].
Hələ Rusiya tərkibinə qatılana qədər Şamaxı tacirləri Rusiya-
ya Şirvan, Quba və Qarabağ xalçaları aparırdılar. Azərbaycan
xanları əhalidən vergi əvəzinə xalça-palaz məmulatı alırdılar ki,
bunlar da xaricdə asanlıqla realizə olunur və ya digər məhsullarla
mübadilə edilirdi [6, 146].
XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında xal-
çaçılıq Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında daha çox yayıl-
Xalça. “Açma-Yumma”. Yun. Xovlu.
408x100. XX əsrin оrtaları.
Qarabağ qrupu. Xankəndi. Azərbaycan.
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...204