40
QARABAĞ
QAFQAZ XALÇALARININ VƏTƏNİDİR
G.S. Abdulova
AMEAMilli Azərbaycan Tarixi Muzeyinin
Fond müdiri, tarix üzrə fəlsəfə doktoru
Azərbaycanın ən qədim bölgələrindən biri olan, bu torpağın incisi sayılan Qarabağ
həm də sənət və mədəniyyət mərkəzi kimi şöhrətlənmişdir. Qarabağda daşişləmə, du-
lusçuluq, metalişləmə sənətləri ilə yanaşı, toxuculuq sənəti də özünəməxsus inkişaf yolu
keçmişdir. Bu sənət növünün meydana gəlməsi və inkişafı üçün zəruri şərtlərdən biri
olan xammal ehtiyatının bolluğu bölgədə onun geniş yayılmasına güclü təkan vermişdir.
Əhalinin bu sənətə bağlılığı və peşəkarlıq səviyyəsinin yüksək olması da əhəmiyyətli
rol oynamış, bölgədə yun və ipək toxuculuğu (şərbaflıq) sahələrinin formalaşmasında öz
izlərini qoymuşdur.
Qarabağda toxuculuq sənətinin izləri çox qədim dövrlərə gedib çıxır. Eneolit dövrünə
aid arxeoloji qazıntılardan əldə olunan iy ucluqları artıq bu dövrdən Qarabağ, Naxçı-
van, Qazax ərazilərində yaşayan qədim insanların toxuculuq sənəti ilə məşğul olduqla-
rına şəhadət verir. Qarabağ bölgəsində aparılan arxeoloji tədqiqatlar ilk tunc dövründə
Qаrабаğda xalçaçılıq sənəti barədə məlumat verir. “Bu, Qarabağın bir çox ilk tunc dövrü
kurqanlarında tapılmış toxuma izləri qalmış qablar, habelə orta tunc dövrü abidələrinə
aid iy ucluqları, Üzərliktəpədə aşkar olunmuş toxuculuq aləti olan həvə və sairlə sü-
but olunur” [2, 156]. Bütün bu faktlar Qarabağın hələ qədim dövrlərdən bir toxuculuq
sənəti mərkəzi kimi formalaşdığını və bütün Qafqazda toxuculuğun ilkin vətəni olduğu-
nu söyləməyə əsas verir. Bu baxımdan alman tədqiqatçısı H. Ropersin Qafqaz xalçaları
haqqında mövqeyi də maraqlıdır. O göstərir ki, “Qafqaz xalçaları Kiçik Asiya xalça-
larından əvvəl istehsal olunmağa başlayıb və istisna etmək mümkün deyil ki, Qafqaz,
Açar sözlər:
Azərbaycan xalçaları, Qarabağ xalçaları, xalça
məmulatı, nəbati və zoomorf təsvirlər, portret üslubu, xalça
çeşniləri, əriş tayları, dəst xalı, “İtli-atlı”, “Pələng”,”Buta”,
Qarabağın xovsuz xalça məmulatı, “həmyan”.
Məfrəş fraqmenti. Zili. Yun. Xovsuz. XIX əsrin оrtaları.
Qarabağ qrupu. Füzuli. Azərbaycan.
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...204