58
ОĞUZLARDAN QALAN İRS
M.A.Hüseynov
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dosenti
Dünyanın ən qədim xalısı onun tapıldığı məkanla bağlı olaraq “Pazırık” (ba-
sırıq olan yer mənasını verir) adlandırılmışdır.
Pazırık vadisi Qərbi Sibirin cənubunda yerləşən Altay ərazisindədir.
Taleyinə 2500 il buz içində qaranlıq kurqanda keçirmək yazılan bu xalı,
sanki həmin müddət ərzində təbiətin qoruyucu mələklərinin himayəsi altında
“yaşamış” və 1949-cu ildə rus alimi S. İ. Rudenko (1885-1969) tərəfindən
aparılan arxeoloji qazıntılar zamanı işıq üzü görmüşdür. Elə həmin vaxt-
dan da maraqlar, elmi araşdırmalar, düşüncələr və eyni zamanda müxtəlif
mülahizələr mənbəyinə çevrilərək, sanki elm aləminin ram olunmaz uçan xa-
lısına dönmüşdür. Xalıya müxtəlif adlar verilmişdir. Lakin "Pazırık" adı daha
məşhurdur. “Pazırık” xalısı qədim Xorasanın madlar və patların, midiyalı-
ların əlçatmaz düşüncə tərzinə, şumerlərin kosmoqonik baxışlarına, böyük
Hun və iskitlərin əzəmətinə, oğuzların müdrikliyinə, Anadolu türklərinin
və türkmənlərin bəsirətinə, azərbaycanlıların qədim ənənələrinə tapınaraq,
sonda bəşəriləşərək zəngin rəmzlər dəryasına çevrilmişdir.
Ən qədim xalı olaraq nə özündən əvvəl, nə də ki, özündən sonrakı
dövrlərdə bu cür kompozisiya nizamında toxunan xalıya rast gəlinməyib.
Məhz bu baxımdan təbiət sanki “Pazırık” xalısını sonrakı dövrlərdə yara-
nacaq xalı-xalçaların quruluşu toplusu olaraq saxlamış və gizli rəmzlərin
sadələşmiş dilində dolğunlaşdırmışdır.
PAZIrIK
Açar sözlər:
Pazırık vadisi, Kür-Araz mədəniyyəti,
Şumer mədəniyyəti, Altay mədəniyyəti, oğuzlar, Oğuz
dünyası, türk qövmü, kompozisiya quruluşu, “Oğuz” xalısı.
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...204