62
Qaynağını Kür-Araz mədəniyyətindən götü-
rüb, Şumer mədəniyyətinə oyanış verən və Altay
mədəniyyətində formalaşaraq təkamülə çatan türk
təfəkkürü sistemləşmiş şəkildə oğuz dünyasın-
da sintez edilib, ağ saçlı yaddaşımızı yaratmışdır.
Məhz bu yaddaş “Pazırık” xalısını öyrənməyə
təhrik edən, onun Oğuz dünyasında qabarıb
-çəkilməsində, yığılıb-açılmasında, enib-ucalma-
sında, bulanıb-durulmasında mövcud olan ağlı-qa-
ralı ömrünün varlığıdır.
Bu xalçada dünya üst-üstə, iç-içə yerləşən
ünsürlər toplusundan ibarət olub, bir-birinə ayna
tutan, bir-birini əks edən göylə yerin, ayla günəşin
vəhdətini rəmzlərin dili ilə şərh edir.
Xalçada türk təfəkkürünün və oğuz cəmiy-
yətinin kainatın düzümünə analoji olan quruluşu,
göy cisimləri arasındakı münasibətlər güclü nizam
əlamətləri ilə bağlı şəkildə assosiativ metodlarla
təsvir olunan elementlər toplusu olaraq rəmzlərin
spiralvari aləmini yaratmışdır. Buna görə də türk
dünyasınınmahiyyətini dərk etmək üçün, daha doğ-
rusu, xalça sənətində naxış yaddaşının öyrənilməsi,
tarixin müxtəlif dövrlərində onun vəziyyətinin
dəyişilməsi, kod qanunları çərçivəsində aydın-
laşdırılması
mühüm
məsələlərdəndir.
“Pazırık” xalısının hər
bir elementinin dəqiq
anlamının şərhi, tarixən
yaranma
məkanının
göstərilməsi nəticə eti-
barilə maraqlı və yeni
fikirlərin ortaya çıxması
üçün çox mühümdür.
Böyük türk qövmünün
yaratdığı dövlətlər və Oğuz cəmiyyətləri tarixi yol-
da meydana gətirdikləri mədəniyyətləri xalı-xalça
sənətində məhz bu şəkildə təsvir edərək yaşatmış-
lar.
Xalıdakı elementlərin həm daxili, həm də za-
hiri quruluşundan sezmək olur ki, qədim türk
qövmlərinin ömrü dairəvi, dövri xarakterli olub va-
hid özül ətrafında əvvəl 1, 2, 3, sonra 4, 6, 8, daha
sonra isə 12, 24, 28 boya ayrılıb və nəhayət dağılıb,
yenidən 1, 3, 6, 12, 24, 28 sırası ilə inkişafa baş-
layıb. Bu qanunauyğunluğu nəzərə almaqla qeyd
etmək olar ki, oğuzlar özlərinin Şumer dövründə
də 24 boydan ibarət olmuşlar. Belədə Şumer dövrü
– Oğuz xan, Hun dövrü – Gün xan, sonrakı dövr isə
Qayı dövrüdür. Göstərilən bütün dövrlərdə 24 boy
– ana xətt dinamik tarazlıq xətti olaraq dəyişməz
qalır. Bu dəyişməzlik isə əsas etibarilə Oğuz adının
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...204