61
baş verən mədəni hadi-
sələrin, mərasimlərin, ge-
yim və məişətindəki kök-
lü ünsürlərin oxşar, həm
fərqləndirici
xüsu-
siyyətlərinin mövcudluğu
çox böyük maraq doğurur.
“Pazırık” xalısının dərin
keçmişdən bizlərə mi-
ras qalan sirləri çoxları-
nı düşündürmüş və ma-
raqlandırmışdır. Hər dəfə
əzəmətli “Pazırık” xalısına
nəzər yetirəndə bir xalçaçı-
rəssam kimi düşünürdüm
ki, əgər mən bu xalının ilkin layihəsini yaratsay-
dım, mütləq bu cür yaradardım.
Dövrün tarixi, coğrafi, dini və fəlsəfi düşün-
cəsinin bu xalçada rəmzlərlə əks olunması, texniki
və rəng xüsusiyyətlərinin qeyri-adiliyi “Pazırık”
xalısının əsas varlığını təşkil edən amillərdir. Məhz
bu amillər düşündürücü gücə və enerjiyə malikdir.
Sanki, “Pazırık” xalısı qədim xalçaçılıq ənənələri
ilə gələcək xalçaçılıq arasında bir körpüdür.
Bu məsələ ilə bağlı o qənaətə gəlmək olar ki,
“Pazırık“ xalısının layihə quruluşu elementlərin
seçilməsi, rəmzi işarələrin ardıcıl olaraq kompozi-
siyanın məzmununa bağlanması, rəng ahəngdarlığı
və düşündürücü mühit yaratması ilə dünyanın ən
qədim xalı-xalçaları sırasında idealdır.
Böyük türk dünyasının tarixi, təfəkkürü və
mədəniyyət sistemlərinin silsiləli şəkildə “Pazı-
rık” xalısının motivlərində əksi başqa cür təsvir
oluna bilməzdi. Burada həm naxış (damğa), həm
də süjet səhnələrinin vəhdəti sənətkarlığın yüksək
səviyyəsindən xəbər verir. Türk qövmünün hər bir
boyu, tayfası özünə aid olan rəmzləri bu xalıda ta-
paraq, sənətin müxtəlif sahələrində istifadə edib
özününküləşdirmişdir.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...204