60
“Pazırık” xalısı haqqında müxtəlif tədqiqatlar
mövcuddur və hər bir tədqiqatçı araşdırmasında
özünəməxsus tərzdə yanaşmalarla fərqli fikirlər
irəli sürmüşdür. Bu da “Pazırık” xalısının konk-
ret olaraq kimlərə və ya hansı xalqa məxsus ol-
duğu barəsində mükəmməl və yekun nəticələr
söyləməyə imkan verməmiş və hər zaman xalça-
şünaslıqda dərin və sirli xəzinə kimi kodlaşmış
kitabəyə çevrilərək xalçaçı-rəssamların, sənətşünas
və tarixçilərin maraq dairəsində qalmışdır.
Bu baxımdan əminliklə demək olar ki, peşəkar
xalçaçı-rəssamın hər hansı bir xalça haqqında apar-
dığı tədqiqat, bu iş ona yaxın olduğundan, daha
maraqlı və tutarlı fikirlərlə zəngin olur.
Bu xalını tədqiq edənlər isə əsas etibarilə tarix-
çilər, sənətşünaslar, etnoqraflar və digər elm
sahələrinin alimləri olmuşlar. Hər bir tədqiqatçının
araşdırması özünəməxsusluğu ilə yanaşı, həm də
müxtəlif fikir və faktlarla diqqəti
cəlb etməlidir. Amma “Pazırık”
xalısı barəsində nə qədər yazıl-
sa da, mülahizələr irəli sürülsə
də, daim yeni fikirlər meydana
çıxır. Meydana çıxan fikirlər isə
bir daha “Pazırık” xalısı haqqın-
da düşünüb yeni, fərqli, geniş
məzmunda çoxtərəfli yanaşma-
nı ortaya çıxarmağı tələb edir.
Kompozisiya quruluşundakı
müxtəlifliyi ilə yadda qalan bu
xalçanı tədqiq edərkən çox ma-
raqlı faktların ortaya çıxması ilə
yanaşı, həm də rəmzlər dünyası-
nın bir parçası araşdırılır.
Kür-Araz, Şumer və Altay
mədəniyyətinin bir-birinə bağ-
lı olan kökləri, oxşar cəhətləri
xalının kompozisiya quruluşun-
dakı elementlərlə yanaşı, digər
əlamətləri ilə də sıx şəkildə
əlaqəlidir. Amma təəssüflər
olsun ki, göstərilən bu bağlı-
lıqları nəzərdən qaçıran bəzi
tədqiqatçılar “Pazırık” xalısını
tamamilə yad tarixi ünsürlərlə əlaqələndirir və to-
xunduğu məkan barəsində doğru olmayan fikirlərlə
çıxış edirlər. Lakin “Pazırık” xalısı qədim türk
mədəniyyətinin sadə, eyni zamanda ən kamil, mi-
silsiz ornament nümunələri ilə kodlaşaraq, birbaşa
tarixin yaddaşından bir pəncərə kimi gələcəyə açı-
lır. Bu pəncərədən dünyanın bu başından vurub, o
başından çıxan Qədim Oğuz, Hun, Manna, Midiya
və Altay türklərinin nəfəsi duyulur.
Düz deyiblər: “tarix övlad kimidir; hər gün eyni
görünə-görünə başqalaşır”. Lakin köksüz də tarix
olmur. Məhz bu fikirlər əsas götürülərək, “Pazı-
rık” xalısının hansı məkanda toxunması və kimlərə
məxsus olduğu barədə çoxlu mülahizələr yaran-
mışdır.
B. e. ə VI–V əsrləri əhatə edən tarixi faktlar, türk-
lərin qurduqları dövlət və imperiyaların ərazisində
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68,69,70,71,72,...204