115
ibarət kolleksiyanı birdən-birə sərgiyə çıxar-
maq mümkün deyil. Bunun çətinliyini, yəqin ki,
dünyanın bütün muzeyləri etiraf edər. Sonuncu
müharibədən əvvəl "Türk və İslam Əsərləri Mu-
zeyi" öz kolleksiyasının 20 faizindən bir qədər
artığını sərgiyə çıxarmaq əzmində idi. Yenidən
açılanda ərazisi daha da məhdudlaşdırılmışdı.
Hazırda balansında olan nümunələrin yalnız
15 faizini nümayiş etdirə bilir. Bu şəraitdə isə
xalçaçılıq elmi baxımından maraq kəsb edən
nümunələrin göstərilməsi yalnız təsadüfi ola
bilər. Əlbəttə, muzey salonlarının vəzifəsi təkcə
elmi problemləri həll etməkdən ibarət deyil. Ha-
zırda 800-dən artıq xalça anbarlarda saxlanılır.
Xalçaların anbarda saxlanması isə qumaşın, ke-
ramikanın və ya kitabların anbarda saxlanması
ilə müqayisə oluna bilməz. İçində 800 xalça qo-
runan anbarı daim saz vəziyyətdə, tədqiqatlara
hazır şəkildə saxlamaq çox çətin məsələdir. Bu
sətirləri yazan adam uzun müddət muzeydə
işlədiyinə görə bu problemlərdən agahdır.
Amma bu da bir həqiqətdir ki, həmin eksponat-
ları tədqiq etmədən türk xalılarının tarixi möv-
zusunda açıq qalan sualların cavablarını tapmaq
mümkün deyil.
XIII və XIV əsrlərin türk xalçaları
Sonrakı mülahizələrin asan anlaşılması üçün
bu giriş zəruri idi. XV əsr türk xalçaları haq-
qında bildiyimiz nədir? Düzünü desək, çox az
şey. Türk xalçaçılığının iki çiçəklənmə dövrü
olmuşdur: XIII-XIV əsrlər və XVI-XVII əsrlər.
Bu iki intibah dövrü arasındakı XV əsr qaranlıq
bir səhifə kimi görünür. Amma əslində, XVəsr
heç də qaranlıq bir səhifə deyil. Əksinə, XV əsr
ilk Səlcuq intibahı dövrü ilə ikinci Osmanlı inti-
bah dövrü arasında bir körpü təşkil edirdi. XVI
əsrdə Osmanlı incəsənətinin nail olduğu inkişa-
fın köklərini XV əsrdə axtarmaq lazımdır. Bu,
təkcə xalçaçılıq sahəsinə deyil, incəsənətin digər
növlərinə də aiddir. XV əsrin türk xalçaları haq-
qında bir fikir irəli sürə bilmək üçünsə yalnız bu
iki çiçəklənmə dövrünün arasındakı zamanın
başlanğıcına və sonuna diqqət yetirmək lazım-
dır. Beləliklə, onu çərçivəyə almış olacağıq. Bu-
nun üçün də iki suala cavab tapmaq lazımdır.
XIII-XIV əsrlərdəki intibah dövründən XVəsrə
nə kimi miraslar qalmışdır? XVI-XVIII əsrlərdəki
ikinci intibah dövründə nələr XV əsrin mirası sa-
yıla bilər? Bu, həqiqətən bir az qarışıq üsuldur,
amma yeganə çıxış yolu ancaq budur.
Türk xalçaçılığının inkişafı ilə bağlı materiallar-
dan əlimizdə Konyadakı Əlaəddin camesindən 8
nümunə var (şəkil 1-6). 1905-ci ildə aşkar edilmiş
bu nümunələr sonradan İstanbula gətirilmişdir
və bu gün "Türk və İslam Əsərləri Muzeyi"nin
ən dəyərli eksponatlarından biri sayılır. “Konya
xalçaları” adlandırılan bu nümunələr dünya-
nın ən məşhur xalçalarıdır. Buna baxmayaraq,
onlar yenə də kifayət qədər tanıdılmamışdır.
Hətta bəzilərinin fotoşəkilləri belə yayılma-
mışdır. Onlardan heç biri texniki baxımdan
etibarlı bir şəkildə tədqiq edilməmişdir. Bunla-
rın, sadəcə, gözəlliyini əks etdirə biləcək rəngli
şəkilləri də yoxdur. Onların dəyərinə layiq bir
şəkildə tanıdılması zəruri vəzifədir. Konyadakı
8 nümunədən üçü böyük, son dərəcə aşınmış
vəziyyətdə olmasına rəğmən, bütöv şəkildə qal-
mış xalılardır (şəkil 1-3). Digər iki böyük xalça-
nın isə yalnız fraqmentləri mövcuddur. (şəkil 5a
-6). Üç böyük parça isə daha kiçik xalçaların qı-
rıntılarıdır. (şəkil 4-5). Amma nadir şəkillərdən
Şəkil 1
Şəkil 2
1...,107,108,109,110,111,112,113,114,115,116 118,119,120,121,122,123,124,125,126,127,...148