128
başlandığını söyləmək olar. Bu çeşiddən olan
xalçaların ən böyük və məşhur qrupunu “quş-
lu xalçalar” təşkil edir. Bu adı həmin xalçalara
oradakı təsvirlərin keçmişdə yanlış olaraq quş
şəklinə bənzədilməsi nəticəsində vermişlər. Av-
ropa muzeylərində saxlanılan ən qədim ağ yer-
likli xalçalar Tirol ershersoqu Ferdinandın vari-
datına daxil olan 1571-72-ci il tarixli, İmperator
İkinci Maksimilianın 1578-ci il tarixli, Fransa
kraliçası Elizabetin 1585-1593-cü il tarixli xalça-
larıdır.
Dördüncü kateqoriyaya aid olan Osmanlı xal-
çaları da Uşak xalçaları kimi medalyon motivini
İran xalçalarından əxz etmişdir. Amma bunlar-
da da medalyondan İran xalçalarında olduğu
kimi mərkəzi fiqur kimi istifadə edilməmişdir.
Erkən dövrün bütün xalçalarında mövcud olan
təsvirlərin aşıladığı davamlılıq, axıcılıq hissi İran
xalılarının bu mərkəzi medalyon sxemi ilə məhv
olur. İran xalçalarının təsvirləri məhduddur.
Onlar müəyyən zaman çərçivəsində qalmış-
dır. Türk xalçaçılığı təsvirlərin sonsuz davamı
prinsipindən vaz keçmirdi, o, qədim xalçaçılıq
ənənələrinə bağlı idi. Uşak xalçaçılığı medal-
yonların ardıcıl şəkildə sıralanması prinsipi
üzərində qurulmuşdu. Osmanlı xalçaçılığı isə
başqa yolla inkişaf edirdi.
35-ci şəkildə göstərilən xalça bu qrupun ən
qədim nümunələrindən biridir. Onun palmet
və sivri yarpaqlardan ibarət olan əsas orna-
menti İran rəsm dünyasından əxz edilmişdir.
Amma bu xalçada bütün təsvirlər İran xalçala-
rında olduğundan daha zəngin və dolğundur.
Bu baxımdan həmin meyllər bizə XVI əsr türk
çini sənətində İran ornamentlərinin işlənməsini
xatırladır. Mərkəzi medalyonların və künc me-
dalyonlarının dolğularına ötəri nəzər salmaq
deyilənləri sübuta yetirməyə kifayətdir. Lalə və
bənövşə şəkillərinin bu dərəcədə təbii şəkildə
təsvir edilməsinə yalnız türk incəsənətində rast
gəlmək olar. Xalçanın, əslində, dəqiq bir me-
dalyon sxemi var. Ortada bütöv bir medalyon,
künclərdə isə eyni medalyonun çərək formaları.
Amma bu medalyon sxeminin xalça üçün xüsu-
si bir əhəmiyyəti yoxdur. Bu sxem sıx yarpaq və
çiçək təsvirləri arasında ikinci dərəcəli bir ştrix
təşkil edir. Amma ətraflı tədqiq etdikdə bilinir
ki, bu xalça ixtiyari bir şəkildə işlənməmişdir,
müəyyən kompozisiyaya tabedir. Rombşəkilli
bəzi təsvirlər qrupu diqqəti xüsusilə cəlb edir.
Bu romb fiqurlarının uclarında səkkizləçəkli
çiçək şəkilləri təsvir edilmişdir. Yerlik son-
suz bir şəkildə sıralanan, içləri yarpaq və
çiçək elementləri ilə doldurulmuş rombşəkilli
təsvirlərlə ötrülmüşdür. Medalyonun bu qədər
kiçik olması onun özünün də romblardan biri-
nin içinə sığışdırılması ilə bağlıdır. Digər xalça-
larda başqa texnikadan istifadə edlmişdir (şəkil
36). Bunlarda medalyon sxemi daha böyükdür.
Amma burda da medalyon, davamlılıq təsiri
oyadan əsas fiqura uyğunlaşdırılmışdır.
Osmanlı saray xalçalarının ornamentlərini çə-
kən sənətkarlar cürbəcür xalçalar ərsəyə gətir-
mişlər. Xüsusən də medalyon şəklindən imtina
etdikdə çox ahəngdar kompozisiyalar yarat-
mışlar (şəkil 37). Medalyondan yaxa qurtara
bilmədikdə isə sonsuzluğa qədər uzanıb gedən
əsas ornamentlə heç də ahəngdar olmayan,
onunla uyuşmayan medalyon sxeminin təzadı
ortaya çıxırdı (şəkil 38). Amma zaman-zaman
bu təzadlı ünsürlərin bir-birilə uzlaşdığı, bir ta-
razlıq yaratdığı (şəkil 39) və ya Uşak xalçaların-
Şəkil 33
Şəkil 34
1...,120,121,122,123,124,125,126,127,128,129 131,132,133,134,135,136,137,138,139,140,...148