20
Qərbi Azərbaycanın ərazisində olan abidə
adlarının əksəriyyəti özününorijinallığı, eyni
zamanda, türk mənşəli semantikası ilə seçi-
lir. Bu bölgənin sakinlərinin mifik görüşləri,
onların yaratdıqları şifahi xalq ədəbiyyatı, o
cümlədən nağıl qəhrəmanları özünü obrazlı
şəkildə memarlıqda, xüsusən də xalçaçılıq
sənətində büruzə vermişdir. Nuhun gəmisi
haqqında olan əfsanənin Gəmiqaya və Nax-
çıvanla bağlılığına diqqət yetirilsə, aydın
olar ki, bu ərazilərin demək olar ki, hər
vilayətində, hər kəndində həmin rəvayətlə
əlaqədar olan toponim və etnotoponimlər
vardır. Ağrıdağı və Ağrıdağın vadisi Vad
bütünün adından götürülmüş Vedi, Gögər,
Erbi, Zəngi, Gərni, Qamər, Artaş, Saklarla
bağlı bu kimi yer adları qədim türk tayfaları-
nın adlarındandır. “Kitabi – Dədə Qorqud”
dastanındakı əksər yer və tayfa adlarının
izləri Qərbi Azərbaycandadır. İrəvan folk-
lorunda zaman Nuh əyyamından başlayır.
Bu bölgənin folklor nümunələrində adına ən
çox rast gəlinən məkan Ağrıdağıdır. İrəvan
miflərində sakral element kimi ilk məkan
Ağrıdağı, ilk zaman isə Nuh əyyamıdır.
İrəvan folklorunda xalqın dağla bağlı mifo-
loji görüşləri ilə birləşmiş Agrıdağı obrazı bu
bölgədə yaşayanların təsəvvüründəki dünya
modelinin sakral mərkəzi kimi semantik yo-
zuma malikdir. Bu ərazidə yaşayan xalqın
dəyərlər sistemində torpaq, dağ bir simvola
çevrilərək, təkcə yaşayış məskəni kimi deyil,
1.
2.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...148