19
İrəvan şəhəri və onun ətrafında olan mahallar
qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər ol-
muşdur. Bu ərazidə olan saysız-hesabsız yaşayış
məskənləri-nekropollar, kurqanlar, qala, saray
və istehkam qalıqları, karvansaralar, körpülər,
qəbirüstü sərdabələr, eləcə də qəribə formalı daşlar,
at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaq-
lar yerli əhalinin tarixindən, dünyagörüşündən, et-
nikmənsubiyyətindən xəbər verir. İstər yer-yurd və
coğrafi adlar, istərsə də müasir dövrümüzə qədər
gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə
yaşamışAzərbaycan türklərinin (azərbaycanlıların)
keçmişini, zəngin mədəni irsini özündə təcəssüm
etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik
və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et-
diyi nemətlərdən səmərəli istifadə etmişdir.
Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan
folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr
burada yurd salmış insanların həm də dünyagörü-
şünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dün-
yagörüşünü əks etdirən mif və rəvayətlərdən baş-
qa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini
özündə yaşadan hekayətlər də yaranmışdır. Ağba-
badan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən
Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali
tarixi kökləri çox qədimlərə gedən memarlıq,
sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.
Xalça. Yun. Xovlu. 244x162. h. 1270 (1849),
İrəvan qrupu, Ağbaba, Qərbi Azərbaycan.
Xalça. Yun. Xovlu. 1700-cü il. İrəvan qrupu.
Qərbi Azərbaycan.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...148